Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sos (əvvəlki adı: Suz) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd, Sos kənd inzibati əra

Sos (Xocavənd)

  • Ana Səhifə
  • Vikipediya
  • Sos (Xocavənd)

Sos

Sos
Xocavənd rayonunun Sos kəndi, 2025-ci ilin sentyabr ayı
Xocavənd rayonunun Sos kəndi, 2025-ci ilin sentyabr ayı
39°42′46″ şm. e. 47°00′33″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 675 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 126 nəfər (2025)
Xəritəni göstər/gizlə
Sos xəritədə
Sos
Sos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sos (əvvəlki adı: Suz) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd, Sos kənd inzibati ərazidairəsinin mərkəzi.

Mündəricat

Toponimikası

Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir.

Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir. İrəvan əyalətinin Göyçə mahalında Sos, Laçın rayonunda Sus və Sus-Zabuq, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunda Nüsnüs kəndində Susdərə, Kəlbəcər rayonunda Susuzluq və başqa adlar ilə mənaca eynidir. Bu adlar iki cür izah oluna bilər:

  1. Türk dillərində sos "Sucaq yer" sözündəndir.
  2. Monqolca suus "maldar elin düşərgəsi" sözündəndir. Həqiqətdə də Sos kəndi Hadrut qəsəbəsindən yaranma məntəqələrdəndir.

Tarixi

2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı.

15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sos kəndində olmuşdu.

Tarixi abidələri

Sos kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
240 Alban məbədi IV əsr Sos kəndi Memarlıq Ölkə
  • Amaras monastırı bu kəndin yaxınlığında və inzibati ərazi dairəsində yerləşir.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX

14 sentyabr 2025-ci il tarixinədək Sos kəndinə 10 ailə (46 nəfər) kəndə qayıtmışdı.

15 noyabr 2025-ci ildə 80 nəfər olmaqla 20 ailə kəndə köçürüldü.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

  • Cütcü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sos (Xocavənd) haqqında məlumat. Sos (Xocavənd) nədir? Sos (Xocavənd) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Sokratçı məktəblər

  • Fevral 27, 2026

    İsmin hallanması

  • Fevral 27, 2026

    Aktinolit

  • Fevral 27, 2026

    Texas Instruments

  • Fevral 27, 2026

    Aquifoliales

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst