Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
| Aktinolit | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Formul (təkrarlanan vahid) | Ca2(Mg,Fe)5[OH|Si4O11]2 |
| Strunz təsnifatı | VIII/D.05b |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | monoklinik sinqoniya[d] |
| Zolaq rəngi | ağ |
Növ müxtəliflikləri
Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar.
Xassələri
Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari.
Mənşəyi və yayılması
Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b. Azərbaycanda Kiçik Qafqaz ofiolit zonasının hiperbazitlərində, Daşkəsən rayonunun skarnlarında, bəzi kolçedan yataqlarında (Filizçay, Katsdağ, Çıraqdərə, Toğanalı) və s. qeyd edilir.
Tətbiqi
Aktinolit-asbestdən odadavamlı xammal kimi sənayenin müxtəlif sahələrində istifadə edilir. Nefrit yarımqiymətli zərgərlik və dayanıqlı məmulat daşıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aktinolit haqqında məlumat. Aktinolit nədir? Aktinolit nə deməkdir?
