Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Məhfuz Məruf ibn Firuzan əl-Kərxi (ərəb. معروف الكرخي‎; 750, Kərx[d], Bağdad mühafəzəsi və ya Bağdad – 11 avqust 815, Bağdad) — iraqlı zahid və sufi.

Məruf əl-Kərxi

  • Ana Səhifə
  • Vikipediya
  • Məruf əl-Kərxi

Əbül-Məhfuz Məruf ibn Firuzan əl-Kərxi (ərəb. معروف الكرخي‎; 750, Kərx[d], Bağdad mühafəzəsi və ya Bağdad – 11 avqust 815, Bağdad) — iraqlı zahid və sufi.

Məruf əl-Kərxi
ərəb. معروف الكرخي‎
Doğum tarixi 750(0750)
Doğum yeri
  • Kərx[d], Bağdad mühafəzəsi, İraq və ya
  • Bağdad
Vəfat tarixi 11 avqust 815(0815-08-11) (64–65 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Elm sahəsi sufilik
Elmi rəhbərləri Əli ər-Rza, Davud ət-Tai
Tanınmış yetirməsi Sirri əs-Səqəti

Mündəricat

Həyatı

Mənşəyi

Bağdadın Kərx məhəlləsində anadan olub. Samara yaxınlığındakı Kərxi-Bəcəddə və ya Şəhrizor ətrafındakı Kərxi-Cüddəndə doğulduğu da qeyd edilib.

Xristian və ya vasitli sabii bir ailəyə mənsub olan Məruf, anası tərəfindən yetişdirilməsi üçün bir keşişə verilmiş, lakin üç üqnum inancına qarşı çıxdığı üçün keşiş tərəfindən döyülmüşdür. Bundan sonra evdən qaçmış və uzun müddət evə qayıtmamışdır. Bu zaman zərfində Əli ibn Musa ər-Rza ilə qarşılaşaraq müsəlman olmuşdur. Məruf, müsəlman olduqdan sonra evə qayıtmış və onun evə qayıtdığını görə valideynləri də övlad həsrəti ilə müsəlman olmuşlar. Bəzi mənbələrdə atasının adının Əli olması, Mərufun atasının müsəlman olduqdan sonra bu adı götürə biləyəci ehtimalını ağla gətirməkdədir.

Təsəvvüfə yönəlməsi

Mərufun sufiliyə yönəlməsi Davud ət-Tainin müridi Əbül-Abbas ibnüs-Səmmək vasitəsilə olmuşdur.

Kufədə İbnüs-Səmməkin moizəsini diləyən Məruf, bu moizədən təsirlənərək öz mürşidi Əli ər-Rzanın xidmətindən başqa bütün məşğuliyyətlərini və mal-dövlətini tərk etdiyini söyləmişdir. Bu da Məruf əl-Kərxinin Əli ər-Rza ilə münasibətinin davamlı olduğunu göstərir. Həqiqətən də onun Əli ər-Rzanın qapıçısı olduğu, şiə bir qrupun Əlini ziyarət etməsi zamanı yaranan izdihamda sümüklərinin sındığı və bir müddət sonra vəfat etdiyi qeyd olunur. Zəhəbi isə, (ehtimal ki) Əli ər-Rzanın qapıçısının adının da Məruf olduğunu deyərək bu rəvayəti düzgün hesab etmir. Onun Əli ər-Rzanın qapıçısı olması barədə sünni mənbələrində də yer alan bu məlumat, şiələr tərəfindən ümumi olaraq qəbul olunsa da, bəzi qədim şiə mənbələrində Mərufun adına rast gəlinmir. Bu da onun Əlinin qapıçısı olması məlumatının şübhə ilə qarşılanmasına səbəb olur. Bəzi mənbələrdə Mərufun Cəfər əs-Sadiqin yaxınlarından biri olduğu qeyd edilmişdir, lakin bu rəvayət onun Mərufi-Məkki adlı başqa bir şəxs ilə qarışdırılmasından irəli gəlir. Ondan nəql edilən bir sözündən Mərufun Davud ət-Tai ilə də görüşdüyü məlum olur. Doğrudan da bu sözü qeyd edən Əttardan əvvəlki mənbələrdə də onun Davud ət-Tai ilə görüşdüyü bildirilir.

İbn Teymiyyə, Mərufun Kərxdən kənara çıxmadığını irəli sürərək, Əli ər-Rza vasitəsilə müsəlman olması, ondan xirqə geyməsi və Davud ət-Tainin söhbətlərində iştirak etməsi ilə bağlı məlumatların doğru olmadığını söyləmişdir. O, Əbu Nuaym əl-İsfahani və Əbül-Fərəc İbnül-Cövzi kimi müəlliflərin bu cür məlumatlara yer verməməsini də dəlilləri arasında göstərmişdir. Lakin İbnül-Cövzi "Mənaqibü Məruf əl-Kərxi və əxbəruh" adlı əsərində onun Əli ər-Rza vasitəsilə müsəlman olduğunu qeyd edir və Davud ət-Tainin söhbətlərində iştirak etdiyini də Məhəmməd ibn Hüseyn əs-Süləmidən nəql edərək bildirir. Digər tərəfdən, mənbələrdə Mərufun Kərxdən kənara çıxdığı da göstərilir. Zəhəbi isə Süləminin bu qeydinin doğru olmadığını bildirərək İbn Teymiyyə ilə eyni fikri bölüşmüşdür. Onun Davud ət-Tai ilə görüşmədiyini irəli sürən şiə müəllifləri də mövcuddur.

Vəfatı

Məruf əl-Kərxinin hicri 200-cü (815–816) və ya 201-ci (816–817) ildə Bağdadda vəfat etdiyi bildirilsə də, vəfat tarixi olaraq hicri 204-cü (819–820) ili də göstərənlər vardır.

Hədis elimdəki yeri

Məruf əl-Kərxi hədis də rəvayət etmişdir. O, Bəkir ibn Hüneys, Rəbi ibn Səbih, Abdullah ibn Musa və İbnüs-Səmməkdən hədis rəvayət etmiş, ondan da Xələf ibn Hişam, Səri əs-Səqati, Zəkəriyya ibn Yəhya əl-Mərvəzi və Yəhya ibn Əbu Talib hədis rəvayət etmişlər. İbnül-Cövzi onun rəvayət etdiyi yeddi hədisin təxricini etmişdir.

İrsi və mirası

Məruf əl-Kərxinin sufilikdəki silsiləsi Qadiriyyə, Xəlvətiyyə, Nəqşibəndiyyə, Rifaiyyə, Dəsuqiyyə, Mövləviyyə, Səfəviyyə, Nemətullahiyyə, Nurbaxşiyyə, Bektaşiyyə kimi Sünni və Şiə bir çox təriqətlə davam edir. Bu silsilələrin ilki Əli ər-Rza, Musa əl-Kazım, Cəfər əs-Sadiq, Məhəmməd əl-Bağır, Əli Zeynəlabidin və Hüseyn ibn Əli vasitəsilə Əliyə gedib çatır. On iki imamdan yeddisinin yer aldığı bu silsilə "Silsilətüz-Zəhəb" adlandırılır. Bu silsiləni yalnız Nəqşibəndilər, Cəfər əs-Sadiqdən sonra Qasım ibn Məhəmməd ibn Əbu Bəkr və Salman əl-Farisi vasitəsilə Əbu Bəkrə də çatdırırlar. Digər silsilə Davud ət-Tai, Həbib əl-Əcəmi və Həsən əl-Bəsri vasitəsilə yenə Əliyə gedib çatır. Üçüncü bir silsilə də Fərqəd əs-Səbəxi, Həsən əl-Bəsri, Ənəs ibn Malik vasitəsilə Əliyə gedib çatır.

Məruf əl-Kərxinin ən qabaqcıl tələbələrindən olan və bir çox silsilənin ondan davam etdiyi Sirri əs-Səqətidir (Cüneydi-Bağdadinin şeyxi). Həmçinin Mərufdan sonra müridləri Şəhabəddin Əhməd Təbrizi, İsrafil əl-Məğribi, Əbu Həmzə Məhəmməd əl-Bağdadi vasitəsilə fərqli silsilələr əmələ gətirmişlər.

Məruf əl-Kərxinin əsər qələmə aldığı haqqında mənbələrdə məlumat yoxdur. Ona nisbət edilən "Fütuhi-Ərbəin" adlı risalə İbrahim Ədhəm Giridi tərəfindən tərcümə olunaraq nəşr edilmişdir. (İstanbul h.q. 1312). Qırx bölmədən ibarət olan bu risalənin mövzusu ilahi eşqdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məruf əl-Kərxi haqqında məlumat. Məruf əl-Kərxi nədir? Məruf əl-Kərxi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Korpus dilçiliyi

  • Fevral 27, 2026

    Xora

  • Fevral 27, 2026

    İsveç Krallığı

  • Fevral 27, 2026

    Süleyman peyğəmbər

  • Fevral 27, 2026

    E.ə. 31

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst