Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tom Uilyam Hiddlston (ing. Thomas William Hiddleston, 9 fevral 1981, Vestminster, London) — İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında can

Tom Hiddlston

  • Ana Səhifə
  • Vikipediya
  • Tom Hiddlston

Tom Uilyam Hiddlston (ing. Thomas William Hiddleston, 9 fevral 1981, Vestminster, London) — İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında canlandırdığı Loki və həmçinin "Axşamüstü Parisdə" (2011), "Krimson zirvəsi" (2013) filmləri ilə məşhurdur.

Tom Hiddlston
ing. Tom Hiddleston
Doğum adı Thomas William Hiddleston
Doğum tarixi 9 fevral 1981(1981-02-09) (45 yaş)
Doğum yeri
  • Vestminster, London
Partnyorları
  • Teylor Svift (2016)
Fəaliyyəti teatr aktyoru, kino aktyoru, komediyaçı, musiqiçi, televiziya aktyoru, film prodüseri, aktyor
Fəaliyyət illəri 2001-ci ildən
Təhsili
  • İton kolleci,
  • Kembric Universiteti,
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (2002),
  • Draqon Məktəbi[d]
IMDb ID1089991
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Tom Hiddlston 9 fevral 1981-ci ildə Londonun Vestminster rayonunda doğulmuşdur. İlkin təhsilini Oksfordakı Drakon məktəbi və Berkşirdəki İton kollecində təhsil almışdır. 2005-ci ildə Kral Dramatik İncəsənət Akademiyasını bitirib.

Karyerası

Hiddlston karyerasına televiziyada başlayıb, ilk rolunu Nikolas və Niklbinin həyatı və məcarası" (2001) telefilmində oynayır. Bundan sonra o bir neçə il müxtəlif televiziya layihələrində iştirak edir. İlk böyük rolunu "Ceyn Ostinin sevgi uğursuzluqlarında" (2008) seriyalında oynayır.

Aktyor 2011-ci ildə Marvel Kinematoqrafiya Kainatına daxil olan "Tor" filmində Loki obrazını canlandırır. Rol ona dünya məşhurluğunu qazandırıraq karyerasında yeni bir dövrü açır. Tom Hiddlston yeni Loki qəhrəmanını "Tor: Qaranlıq dünya", "Qisasçılar", "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində canlandırdı. 2011-ci ildə həmçinin onun iştirakı ilə "Döyüş atı" və "Gecəyarısı Parisdə" filmlərinin premyerası olmuşdu.

2017-ci ildə "Gecə administratoru" serialındakı Conatan Payn obrazına görə ən yaxşı miniserial və ya telefilm nominasiyasında Qızıl qlobus mükafatına layiq görülmüşdür.

Filmoqrafiyası

il Filmin adı Orjinal adı Rol
2001
Konspirasiya
Conspiracy
Operator
2002
Yaxınlaşan fırtına
The Gathering Storm
Rendolf Çörçill
2005
Şekspir və onun sonetlərinin sirri
A Waste of Shame: The Mystery of Shakespeare and His Sonnets
Con Holl
2006
Viktoriya Xaçı Qəhrəmanları
Victoria Cross Heroes
Kapitan Con "Cek" Rendl
2006–2007
Şəhərətrafı atışma
Suburban Shootout
Bill Xezeldin
2007
Yad
Unrelated
Oakli
2007
Bədbəxt hadisə
Casualty
Kris Von
2007
Qalapaqos
Galápagos
Çarlz Darvin
2008
Miss Ostinin uğursuzluqları
Miss Austen Regrets
Mister Con Plampt
2008–2010
Vallander
Wallander
Maqnus Martinsson
2009
Krenford
Cranford
Uilyam Bakston
2014 Yalnız sevənlər sağ qalır Only Lovers Left Alive Adam

Şəxsi həyatı

Tom Hiddlston UNICEF-in humanitar və inkişaf yardım fondu qrupunun İngiltərədəki səfiridir. O insanları aclıq haqqında daha çox məlumatlandırmaq üçün 2013-cü ilin əvvəlində Qvineyaya səyahət etmişdir. 2015-ci ilin əvvəlində və 2016-cı ilin sonlarında Cənubi Sudana səyahəti zamanı vətəndaş müharibəsinin uşaqların həyatına mənfi təsirini qeyd etmişdir. Hiddlston özünü feminist hesab edir.

Aktyor 2008–2011-ci illərdə aktrisa Syuzan Fildinqlə münasibətdə olmuşdur. 2016-cı ildə isə bir neçə ay müğənni Teylor Sviftlə görüşüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tom Hiddlston haqqında məlumat. Tom Hiddlston nədir? Tom Hiddlston nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aranlı (İmişli)

  • Fevral 27, 2026

    Edip

  • Fevral 27, 2026

    Depressiya (coğrafiya)

  • Fevral 28, 2026

    Açıq əməkdaşlıq

  • Fevral 27, 2026

    Procyonidae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst