Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslin

Edip

  • Ana Səhifə
  • Vikipediya
  • Edip

Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir.

Edip
q.yun. Οἰδίπους
Edip və Sfinks
Edip və Sfinks
Mifologiya Yunan
Yunanca adı Οἰδίπους
Latınca adı Oedipus
Cinsi kişi[d]
Fəaliyyəti Çar
Sülalə Kadma
Atası Lay
Anası İokasta
Əlaqəli personajlar Sfinks
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənşəyi

Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir. Bundan qorxan Lay Iokasta ilə yatmaqdan ehtiyat edir, lakin bir dəfə İokasta layı içirdərək yatağına salır ki, nəticədə onların oğlu dünyaya gəlmiş olur. Lay uşağın hər iki ayağını deşərək qandalın qızıl həlqəsinə keçirdir və Kiferon dağının ətəyinə atmağı inandığı bir çobana tapşırır. Çobanın uşağa yazığı gələrək, kimliyini bildirmədən Korinfa çarı Polibin mehtərinə verir. Çar Polip və arvadı Meropa evladsız olduqlarından uşağı övladlığa götürərək ona şişman ayaq mənasını daşıyan Edip adını verirlər. Polibin sarayında Edip qayğısız günlərini yaşayırmış. Bir gün bir sərxoşla mübahisə edərkən bic uşaq olaraq dünyaya gəlməsini eşidir. Bir peyğəmbərdən onu əhvəlatdan agah etməyi xahiş edir. Peyğənbər ona atasını öldürəcəyini və anasına evlənəcəyini bildirir. Sərgərdan olaraq nəhayət üç yol ayrıcılığında o, Lay və onun əyanlarına rast gəlir, bilməyərəkdən atasını və onun əyanlarını öldürür. Biri qaçaraq canını qurtarır və Fivə çarın ölüm xəbərini çatdırır. Fivin həndəvərində Sfinks — qadın başlı, quş qanadlı, şir bədənli əcaib bir heyvan peyda olur. Sfinks yolu kəsib hər keçənə üç sual verərmiş. Cavab almadıqda onları parçalayıb yeyərmiş. Laydan sonra onun yerini tutan çar Kreont vəd edir ki, kim Sfinksin suallarını cavablandırsa səltənəti və çariçanı ona verəcəkdir. Edip Sfinksin suallarının cavabını tapır. Nəticədə Sfinks özünü qayadan ataraq məhv edir. Beləliklə Edip tax-taca sahib olaraq öz anasına evlənmiş olur.

Fiv çarı Edip

Edip qızı Antiqonanın müşayiətilə Fivi tərk edərkən.

İokasta ilə evlilikdən Edipin dörd uşağı: iki oğlan, Eteokla, Polinika və iki qız, Antiqona, İsmena dünyaya gəlmiş olur. Fiva sakit günlərini yaşayırdı. Qəfləti taun tüğyan edir və saysız-hesabsız insan təlafatına səbəb olur. Delf peyğəmbərinə çarə üçün müraciət edilir və o, bildirir ki, şəhərdən Layın qatilini tapıb qovmaq lazımdır. Edip peyğəmbər Tiresiyə qatili tapmaq üçün müraciət edir. O, isə qatilin Edip özü olduğunu söyləyir. Bu zaman İokasta Layın ölümü haqqında əhvəlatı danışır. Buna baxmayaraq onun atasının Lay olduğuna inana bilmir. İokasta rüsvayçılığa dözməyərək özünü asaraq öldürür. Hər şeyi anlayan Edip gözünü avaraq özü özünü kor edir. Kor olmuş və nəhlətlənmiş Edip Fiv şəhərini qızı Antiqonanın müşayiətilə tərk edərək sığınacaq üçün Afina ətrafındakı Kolona gəlir və orada da vəfat edir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edip haqqında məlumat. Edip nədir? Edip nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antares

  • Fevral 24, 2026

    10 sentyabr

  • Fevral 27, 2026

    Vulkan brekçiyası

  • Fevral 24, 2026

    Beyrut

  • Fevral 27, 2026

    Maya Anjelu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst