Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jozef Babinski (fr. Joseph Jules François Félix Babinski; pol. Józef Franciszek Feliks Babiński; 17 noyabr 1857[…] – 29 oktyabr 1932[…], Paris) — polyak əsilli

Jozef Babinski

  • Ana Səhifə
  • Vikipediya
  • Jozef Babinski

Jozef Babinski (fr. Joseph Jules François Félix Babinski; pol. Józef Franciszek Feliks Babiński; 17 noyabr 1857[…] – 29 oktyabr 1932[…], Paris) — polyak əsilli fransız həkim-nevropatoloq. Paris Elmlər Akademiyasının üzvü (1914).

Jozef Babinski
fr. Joseph Jules François Félix Babinski
Doğum tarixi 17 noyabr 1857
Doğum yeri Paris, Fransa
Vəfat tarixi 29 oktyabr 1932 (74 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi Parkinson xəstəliyi
Dəfn yeri
  • Monmoransi qəbiristanlığı[d]
Milliyyəti Fransız
Təhsili
  • Sorbonne Paris Universiteti
Fəaliyyəti nevroloq
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi — 1921
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Mühəndis ailəsində anadan olmuşdur. 1848-ci il Varşavada inqilab zamanı ailəsi Polşadan qaçmışdır. Salpetrier klinikasında Jan-Martin Şarkonun şagirdi olmuşdur. 1886-cı ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Salpetrier klinikasını idarə etmişdir. Parisdə nevropatoloqlar və psixiatrlar cəmiyyətinin yaradıcılarından biri (1899), onun fəxri üzvü və 1907-ci ildən rəhbəri olmuşdur. 1925-ci ildə Stefan Batori Universitetinin fəxri doktoru (lat. honoris causa) olmuşdur.

Elmi fəaliyyəti

288 elmi nəşrin müəllifi olmuşdur. O, 1896-cı ildə sinir sisteminin üzvi pozulmasının diaqnostikası üçün əhəmiyyət kəsb edən və öz adını daşıyan refleksin (Babinski refleksi) təsvirini vermişdir. Babinski Fransada mərkəzi sinir sistemində yaranan şişlər üzərində əməliyyat aparan ilk şəxslərdən biri olmuşdur (1911). 1914-cü ildə Babinski anozoqniziyanın peyda olmasının təsvirini vermişdir.

  1. Joseph François Félix Babinski (fr.). ministère de la Culture.
  2. Joseph François Félix Babinski // Base biographique (fr.). BIU Santé.
  3. Бабинский Жозеф (rus.). 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jozef Babinski haqqında məlumat. Jozef Babinski nədir? Jozef Babinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    To (hərf)

  • Fevral 27, 2026

    Beydulla Musayev

  • Fevral 27, 2026

    Lenovo

  • Fevral 27, 2026

    F-16

  • Fevral 27, 2026

    Yuyçzülyü Datan

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst