Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var.

Abay meydanı

  • Ana Səhifə
  • Vikipediya
  • Abay meydanı

Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan hoteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.

Abay meydanı
qaz. Абай алаңы
Abay Meydanının havadan görünüşü
Abay Meydanının havadan görünüşü
Ölkə Qazaxıstan Almatı, Qazaxıstan
Tikilmə tarixi 19-cu əsr
43°14′35″ şm. e. 76°57′29″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir.

Mündəricat

Tarixi

Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan hoteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.

Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi. Şair, bəstəkar və filosof idi. Qazaxıstan-Türk Sivilizasiyasını liberal İslama söykənən Avropa və Rusiya sivilizasiyalarına yaxınlaşdırmağı hədəfləyən islahatçı kimliyi ilə tanınırdı.

Abay Kunanbayevin abidəsi

1960-cı ildə Abay Kunanbayevin anadan olmasının 115-ci ildönümü münasibətilə heykəltaraş Hakimcan Naurizbay tərəfindən meydanın ortasına bir abidə qoyuldu. Abidənin hündürlüyü 13 metrdir.

Abidənin yanında şeirlər oxumaq ənənəsi var. Məsələn, 2014-cü ilin iyun ayında Qazaxıstan, Ukrayna və Rus şairləri Beynəlxalq Ədəbi Festivalda şeirlərini səsləndirdilər.

Respublika Sarayı

Sarayda ilkin tibbi yardımla bağlı beynəlxalq konfrans.(1978-ci il)

Respublika Sarayı 1970-ci ildə inşa edilmişdir. Almatı şəhərinin ən böyük salonudur və tez-tez kütləvi toplantılar, mərasimlər, konsertlər və s. üçün bir məkan kimi istifadə olunur.

Arman Kinoteatrı

Arman kinoteatrı — 1968-ci ildə inşa edilmiş rəqəmsal bir kinoteatrdır. Kinoteatrda dörd zal, bir həyət və bir klub var.

Kanat yolu

Abay Meydanından kanatla 2006-cı ildə açılan Kök Töbe Parka gedə bilərsiniz. 2014-cü ilin sentyabr ayında dağ yeni kanat tikintisi üçün, həmçinin dağın və parkın şimal tərəfinin yenidən qurulması üçün bağlandı. 2016-cı ilin mart ayında kanatın tikintisi və parkın bərpası başa çatdı. 2007-ci ildə The Beatles qrupuna abidə ucaldıldı.

Hər biri 8 nəfər tutumlu yeni kanatda 17 kabin fəaliyyət göstərir. Saatda 750 nəfər tutum. Yeni kanatın uzunluğu 1620 metr, stansiyalar arasındakı fərq 250 metrdir. Sürət 0,5 ilə 6 m/saniyə arasında tənzimlənə bilər.

Parkda yeni bir dönmə çarxı da tikilmişdir.

Qalereya

  • Kök Töbe dağından mənzərə
    Kök Töbe dağından mənzərə
  • Kanatın alt stansiyası
    Kanatın alt stansiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abay meydanı haqqında məlumat. Abay meydanı nədir? Abay meydanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    21 dekabr

  • Fevral 27, 2026

    Vilyam Gilbert

  • Fevral 27, 2026

    Tilia begoniifolia

  • Fevral 27, 2026

    Freya

  • Fevral 27, 2026

    II Mənuçöhr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst