Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[…] – 22 iyun 2003[…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əm

Vasil Bıkov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasil Bıkov

Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[…] – 22 iyun 2003[…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı .

Vasil Bıkov (Bıkaў)
Васіль Уладзіміравіч Быкаў
1944-cü il Rumıniya cəbhəsində leytenant V.Bıkov
1944-cü il Rumıniya cəbhəsində leytenant V.Bıkov
Doğum tarixi 19 iyun 1924(1924-06-19)[…]
Vəfat tarixi 22 iyun 2003(2003-06-22)[…] (79 yaşında)
Dəfn yeri
  • Şərq qəbiristanlığı[d]
Vətəndaşlığı Belarus Belarus
Milliyyəti belarus
Təhsili Vitebsk rəssamlıq məktəbi (1939-40)
Fəaliyyəti nasir, dramaturq, ictimai xadim
Fəaliyyət illəri 1947–2003
Əsərlərinin dili belarus, rus
Janrlar povest, publisistika, hekayə, esse
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
İmza
bykau.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır. 1980-ci illərin ortaları – 90-cı illərin əvvəllərində Belarus demokratik hərəkatının fəal xadimlərindən olmuşdur. 1990-cı illərin 2-ci yarısından Avropada yaşamış, ölümündən bir az əvvəl vətəninə dönmüşdür. 2003-cü il iyunun 22-də Minskdə vəfat etmişdir.

Yaradıcılığı

Vasil Bıkov belarus və rus dillərində yazmışdır. Əsərləri 1947-ci ildən çap edilmişdir. Bıkovun yaradıcılığının əsasını təşkil edən müharibə mövzusu ilk dəfə “Birinci döyüşdə” (1949) hekayəsində əksini tapmışdır. Vətənin gənc müdafiəçiləri haqqında “Durna harayı” (1960) povest-rekviyemində, “Xəyanət” (1961), “Üçüncü raket” (1962; 1963-cü ildə ekranlaşdırılmışdır) povestlərində hadisələr sırf subyektiv şərh edilir, zaman və məkan sıxılır, etik problemlər, mürəkkəb insani münasibətlər isə ön plana çəkilir. “Alp balladası” (1964; 1966-cı ildə ekranlaşdırılmışdır; Y.A .Qlebovun musiqisi əsasında balet, 1967), “Ölülər ağrımır” (jurnal variantı 1965; əlahiddə nəşri 1982), “Lənətlənmiş yüksəklik” (1968), “Kruq Briyansk körpüsü” (1969), “Dan yeri ağaranadək yaşamalı” (1973; 1975-ci ildə ekranlaşdırılmışdır), “Obelisk” (1973; 1977-ci ildə ekranlaşdırılmışdır), “Getmək və geri dönməmək” (1978), “Fəlakət nişanəsi” (1982; 1985-ci ildə ekranlaşdırılmışdır) povestlərini yazmışdır.

Bıkovun “Basqın” (1989), “Sazaq” (1991) povestlərində, “Sarı qum” (1995) hekayəsində Stalin repressiyaları mövzusu üstünlük təşkil edir. “Karyer” (1986) romanının, “Canavar sürüsü” (1975; 1976-cı ildə ekranlaşdırılmışdır), “Onun batalyonu” (1976), “Sotnikov” (1970; 1977-ci ildə ekranlaşdırılmışdır), “Sev məni, əsgər” (1996) povestlərinin, “Evə aparan uzun yol” (2003) avtobioqrafik əsərinin, Belarus xalqının tarixinə və müasir taleyinə həsr olunmuş çıxışlar, məqalələr və müsahibələlərdən ibarət “Çarmıxda” (1992) kitabının müəllifidir. Bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasil Bıkov haqqında məlumat. Vasil Bıkov nədir? Vasil Bıkov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yarımada

  • Fevral 27, 2026

    Dünkerk

  • Fevral 27, 2026

    Şarl Laveran

  • Fevral 27, 2026

    Emmanuel Makron

  • Fevral 27, 2026

    Saxifraga

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst