Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir Qolitsin (16 (27) mart 1794 – 19 (31) yanvar 1861, Moskva) — knyaz, senator, yazıçı, general-mayor, Napoleon müharibələrinin və Qafqaz yürüşlərinin işt

Vladimir Qolitsin

  • Ana Səhifə
  • Vikipediya
  • Vladimir Qolitsin

Vladimir Qolitsin (16 (27) mart 1794 – 19 (31) yanvar 1861, Moskva) — knyaz, senator, yazıçı, general-mayor, Napoleon müharibələrinin və Qafqaz yürüşlərinin iştirakçısı, Puşkin və Lermontovun tanışı, tanınmış musiqisevər və musiqiçi.

Vladimir Qolitsin
Doğum tarixi 27 mart 1794
Vəfat tarixi 31.01.1861 və ya 1849
Vəfat yeri Moskva
Milliyyəti ruslar
Dini xristian (pravoslav)
İxtisası hərbçi
Fəaliyyəti zabit
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vladimir Sergeyeviç Qolitsin çar hərbi naziri Barklay de-Tolinin adyutantı idi. Onun sərəncamı ilə Qafqaza gəlmişdi. O, Yeger polkunun komandiri idi. Qafqazda ilk dəfə olaraq bu polk Qarabağda məskən salmışdı. Əlbəttə, bu xüsusi məqsəd daşıyırdı. Belə ki, Azərbaycanın hər hansı bir yerində çarizmin siyasətinə qarşı bir hadisə baş versəydi bu polkun qüvvəsindən istifadə olunurdu. Bu polkun hissələri Azərbaycanın demək olar bir çox rayonlarında olmuşdu. V. S. Qolitsinin göstərişinə əsasən günahsız müsəlman əhalisinə divan tutulur, hətta dar ağacından belə istifadə olunurdu. 1827-ci ildə ali baş komandan İrəvan xanının İranla əlaqə saxladığını bilən kimi, digər işğalçılarla birlikdə general V. S. Qolitsinin hissəsini də ayağa qaldırdı. İrəvan döyüşündə iştirak edən V. S. Qolitsin Sərdərabadda günahsız qanlar axıtdı. O burada da özünəməxsus iyrənc əməllərini işə saldı. Baş komandan onu burada hərbi komendant təyin etdi. Hərbi komendantlıq öz siyasətini həyata keçirməkdə ona geniş imkan yaratdı. Ermənilər bu generalın qılığına girərərək İrəvanda istədikləri siyasəti həyata keçirməyə başladılar.

Vladimir Sergeyeviç İrəvanda erməni kilsələrinin tikilməsi ideyasının əsas təşkilatçılarından biri idi.

Ədəbiyyat

  • Охотин Н. Г. ГОЛИ́ЦЫН Владимир Сергеевич // Русские писатели, 1800–1917 : Биографический словарь / гл. ред. П. А. Николаев. — М. : Сов. энциклопедия, 1989. — Т. 1 : А—Г. — С. 607. — 672 с. — (Сер. биогр. словарей: Русские писатели. 11–20 вв.). — 100 000 экз. — ISBN 5-85270-011-8.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladimir Qolitsin haqqında məlumat. Vladimir Qolitsin nədir? Vladimir Qolitsin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Duzluca (İğdır)

  • Fevral 27, 2026

    Uqliç

  • Fevral 27, 2026

    Rasim Ocaqov

  • Fevral 27, 2026

    Beydellit

  • Fevral 27, 2026

    Qonur

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst