Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"əl-Hidayə" Hənəfi fiqhinin ən tanınmış və mötəbər mətinlərindən biri olub, özündə Qudurinin "əl-Müxtəsər"i ilə Məhəmməd əş-Şeybaninin "əl-Cəmius-Sağir"ini ehti

Əl-Hidayə

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Hidayə

əl-Hidayə (ərəb. الهداية‎) — Hənəfi fiqhi ilə bağlı qələmə alınmış əsər.

Əl-Hidayə
ərəb. الْهِدَايَةُ شَرْحُ بِدَايَةِ الْمُبْتَدِي‎
Müəllif Bürhanəddin Mərğinani
Janr fiqh
Orijinalın dili ərəb dili

Mündəricat

Müəllif

Əsərin müəllifi Hənəfi fəqihi olan əl-Mərğinanidir.

Əsər

"əl-Hidayə" Hənəfi fiqhinin ən tanınmış və mötəbər mətinlərindən biri olub, özündə Qudurinin "əl-Müxtəsər"i ilə Məhəmməd əş-Şeybaninin "əl-Cəmius-Sağir"ini ehtiva edən "Bidayətül-mübtədi" adlı əsərin şərhidir. Müəllif "Bidayətül-mübtədi"ni əvvəlcə "Kifayətül-müntəhi" adı ilə şərh etməyə başlamışdır. Lakin əsər böyük həcmli olduğundan, oxuyucunu bezdirməmək məqsədilə və çətinliyi səbəbindən "əl-Hidayə"yə sadələşdirilmişdir. Əsər 13 müddətində ərsə gəlmişdir. Əsərdə fiqhi məsələlər müzakirə edilərkən əvvəl Əbu Hənifənin, sonra isə Əbu Yusif ilə Məhəmməd ibn Həsən əş-Şeybaninin, bəzən də Züfər ibn Hüzeylin görüşlərinə yer verilmişdir. Müəllif fiqhi məsələri dəyərləndirərkən seçdiyi şəxsin görüşünü digərlərinə cavab olması üçün ən sonda qeyd etmişdir. Ümumi olaraq müəllif Əbu Hənifənin görüşlərini daha üstün tutmuşdur. Müəllif üstün tutduğu görüşləri bəzən "səhih" və ya "əsah" terminləri ilə bir-birindən ayırmışdır. Müəllif əsərdə, Həsən ibn Ziyad, İbn Səmaa, Tahavi, Cəssas, Kərxi və Səraxsi kimi Hənəfi alimləri ilə yanaşı, Şafii və bəzəndə Malikin görüşlərinə də yer vermişdir. Əsərin metodu, Kəsaninin "Bədaius-səna"sındakı metod ilə eynidir. əl-Mərğinan əsərində özünəməxsus bəzi adlandırmalardan da istifadə etmişdir. Onlardan bəziləri belədir: "əl-kitab" ifadəsi ilə Qudurinin "əl-Müxtəsər"ini, "əl-hədis məhmul əla" ifadəsi ilə mühəddislərin şərhini, "məşayihunə" ifadəsi ilə Buxara və Səmərqənd üləmasını, "fi diyarina" ifadəsi ilə Mavəraünnəhir şəhərilərini qəsd etmişdir.

Nəşr

"əl-Hidayə" dəfələrlə nəşr olunmuşdur (Qahirə 1282, 1326, 1928, 1355, I–II, 1326, 1327, 1371, nəşr. M. Muhyiddin Əbdülhəmid, I–IV, 1385/1966; Kazan 1888; I–II, Kəlkəta 1234; I–IV, Kanpur 1289–1290, Ləknəvinin "Müzəyyilətüd-dirayə"si ilə birlikdə, Ləknəv 1314; Delhi 1306, 1328, 1331). Əsər, fars (Kəlkəta 1807; I–IV, Ləknəv 1874), ingilis (l-IV, "The Hedaya or Guide", London 1791, ərəbcə mətni ilə birlikdə; London 1870, 1957, 1963; Lahor 1870, bəzi hissələri çıxarılaraq; Leyden 1977), türk ("Hidayə Tərcüməsi", I–III, İstanbul 1982–1984, "əl-Hidayə Tərcəməsi", İstanbul 1991), rus (I–IV, Daşkənd 1893; Daşkəntd 1994; I–IV, Moskva 2008), özbək (Daşkənd 2001; I–V, Daşkənd 2020–2024) və qırğız dillərinə tərcümə edilmişdir (I–II, Qarabalta 2019).

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Hidayə haqqında məlumat. Əl-Hidayə nədir? Əl-Hidayə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saxa

  • Fevral 27, 2026

    Cərrahilik

  • Fevral 27, 2026

    Savoyyalı Bona

  • Fevral 27, 2026

    Taun həkimi

  • Fevral 27, 2026

    Kino istehsalı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst