Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Həsən Bürhanəddin Əli ibn Əbu Bəkr ibn Əbül-Cəlil əl-Fərğani əl-Mərğinani (ərəb. برهان الدين المرغيناني‎; 12 noyabr 1117, Margilan, Riştan[d] və ya Düşənbə

Bürhanəddin Mərğinani

  • Ana Səhifə
  • Vikipediya
  • Bürhanəddin Mərğinani

Əbu Həsən Bürhanəddin Əli ibn Əbu Bəkr ibn Əbül-Cəlil əl-Fərğani əl-Mərğinani (ərəb. برهان الدين المرغيناني‎; 12 noyabr 1117, Margilan, Riştan[d] və ya Düşənbə – 29 oktyabr 1197, Buxara) — "əl-Hidayə" adlı əsəri ilə tanınan Hənəfi fəqihi.

Bürhanəddin Mərğinani
ərəb. برهان الدين المرغيناني‎
Doğum tarixi 12 noyabr 1117(1117-11-12)
Doğum yeri
  • Margilan, Özbəkistan,
  • Riştan[d], Özbəkistan və ya
  • Düşənbə, Buxara əmirliyi
Vəfat tarixi 29 oktyabr 1197(1197-10-29) (79 yaşında)
Vəfat yeri
  • Buxara, Özbəkistan
Vəfat səbəbi Qətlə yetirlib
Dəfn yeri
  • Səmərqənd
Elm sahəsi fiqh

Mündəricat

Bioqrafiyası

Mərğinani, Əbu Bəkrin nəslindən olan, müxtəlif alimlər yetişdirmiş bir ailəyə mənsubdur. Əsl adı Əli, atasının adı isə Əbu Bəkirdir. Orta Asiyanın Özbəkistan, Tacikistan və Qırğızıstan torpaqları arasında olan Fərqanə vadisi şəhərlərindən olan Mərğinanda doğulub böyümüşdür. Qaraxanilər dövrü Mavəraünnəhr hüquqçularındandır. Həm "Mərğinani" həm də "Fərqani" olaraq məşhurdur. Mərğinani, Hənəfi məzhəbi fəqihlərin təsnifinin beşinci təbəqəsində olub, "bu daha səhihdir", "bu daha üstündür" demək səlahiyyətinə sahib bir fəqihdir. Təhsil aldığı müəllimlərin çoxluğu və sahələrində məşhur olmaları, verdiyi əsərləri və Hənəfi məzhəbində görkəmli şagirdlər yetişdirməsi onun elmi səviyyəsini və qabiliyyətini göstərir. Məşhur olmasının əhəmiyyətli səbəblərindən biri də Mavəraünnəhr kimi bir elm mərkəzində yetişməsi və buralarda xidmət etmiş olmasıdır. Mərğinani, bu dövrlərdə cərəyan edən buxaralılar ilə Çingiz Xan arasındakı döyüşlərdə sülh edilməsi üçün vəzifələndirilmişdi. Buxara xalqından bəziləri edilən razılığa müxalif davrandıqlarına görə Çingiz şəhəri yandırmış və xalqını qətl etmişdi. O qarışıqlıqda Mərğinani də şəhid edilmiş olub (28 oktyabr 1197), Səmərqənddə dəfn edilmişdir.

Metodikası

Mərğinani "əl-Hidayə"də fiqhi mövzuların təsnifatı ilə bağlı əvvəlki Hənəfi fəqihlərinin sistematikasına riayət etsə də, zaman-zaman fərqli tənzimləmələr də etmişdi, məsələn, talağa dair hökümlər nikah bölməsində və ya müstəqil bir bölmədə dəyərləndirilərkən, Mərğinani talağı boşanma bölməsində dəyərləndirmişdir. Onun digər fəqihlərdən fərqli baxışlar qəbul etdiyi də görünür. Ərin cinsi zəifliyi halında bir illik gözləmə müddətində günəş təqviminin əsas götürülməsi fikrindən fərqli olaraq, Mərğinani ay təqvimi əsas olaraq götürmüşdür.

Müəllimləri

Mərğinani, bir çox sahədə ixtisas sahibi tanınmış alimlərdən dərs almışdır. Ustadları arasında fiqh, təfsir, hədis, əqaid və kəlam sahəsində çox məşhur alimlər vardır. Bəziləri bunlardır:

  • Əbu Həfs ən-Nəsəfi,
  • əs-Sədruş-Şəhid Hüsaməddin Ömər ibn Ömər ibn Əbdüləziz,
  • Osman ibn Əli əl-Bikəndi,
  • Ziyəddin Məhəmməd ibn Hüseyn əl-Bəndəci,
  • Əli əl-İsbicabi,
  • Qivaməddin Əhməd ibn Əbdürrəşid əl-Buxari,
  • Əbu Həfs Ömər ibn Əli əz-Zəndəramisi.

Tələbələri

Mavəraünnəhr alimlərinin ən görkəmli alimləri ondan dərs almışlar. Bəziləri bunlardır:

  • Şəmsül-Əimmə əl-Kərdəri,
  • Burhanul-İslam əz-Zərici,
  • Mahmud ibn Hüseyn əl-Ustruşəni,
  • Nizamuddin Ömər (müəllifin öz oğludur),
  • Əbül-Fəth Zeynəddin Əbdürrəhman ibn Əbu Bəkr İmadəddin (müəllifin nəvəsidir),
  • Şəmsül-Əimmə Əbdüssəttar.

Əsərləri

Mövcud qaynaqlardan əldə olunan məlumatlara görə müəllifin əsərlərinin hamısı fiqhə dairdir. Mərğinani çox əsər yazmışdır ki, bu əsərlərin bir neçəsi nəşr edilmiş və əlyazma olaraq mövcuddur. Digərlərinin bir qisiminin yalnız qaynaqlarda adları keçməkdədir. Bunlardan bəziləri:

  • Bidayətül-Mübtədi. Bu əsərdə Qudurinin "Müxtəsər"ini, Məhəmməd Şeybaninin "əl-Camius-Sağir"ini əsas almışdır.
  • əl-Hidayə. On üç ildə yazılan bu əsər "əl-Bidayə"nin şərhi olub, müəllifinin elmi qüdrəti və səviyyəsi, mövzularının yığcam bir būtün halında olması səbəbiylə Hənəfi fiqhinin ən əhəmiyyətli kitablarından qəbul edilmişdir. Hənəfi fiqhinin təməl kitablarından sayılan "Hidayə"nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri fiqhə dair məsələləri üsulla izah etmiş olmasıdır. Əsərin yazılma müddətində Mərğinaninin oruclu olaraq işlərini davam etdirdiyi rəvayət edilməkdədir. "əl-Hidayə" uzun illər həm Anadolu Səlcuqlu Dövləti mədrəsələrində, həm də Osmanlı dövləti mədrəsələrində elm əhli arasında çox etibar görmüş və bəyənilərək mədrəsələrin proqramlarına dərs kitabı olaraq qəbul edilmişdir. Fateh dövründən başlamaq üzrə, Osmanlı mədrəsələrində fiqh dərslərində davamlı olaraq oxudulmuşdur.
  • Kitabüt-Təcnis vəl-Məzid fil-Fətava. Mərğinaninin bu əsəri fətvaları ehtiva etməkdədir.
  • Müxtəsərun-Nəvazil.
  • Kitabul-Fəraiz. Mərğinaninin "əl-Hidayə" adlı əsərində fəraiz mövzusu olmadığından qənaətə görə "Kitabul-Fərail"i müstəqil olaraq ələ almışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bürhanəddin Mərğinani haqqında məlumat. Bürhanəddin Mərğinani nədir? Bürhanəddin Mərğinani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Özbəklər

  • Fevral 28, 2026

    Əl-Müqəddəsi

  • Fevral 27, 2026

    Şəmkir çayı

  • Fevral 27, 2026

    Metro

  • Fevral 27, 2026

    Kaxeti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst