Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.

Ev siçanı

  • Ana Səhifə
  • Vikipediya
  • Ev siçanı

Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.

Ev siçanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Klad:
Gliriformes
Klad:
Glires
Klad:
Simplicidentata
Dəstə:
Gəmiricilər
Yarımdəstə:
Myomorpha
Fəsiləüstü:
Siçankimilər
Fəsilə:
Siçanlar
Yarımfəsilə:
Murinae
Triba:
Murini
Cins:
Ev siçanı
Növ:
Ev siçanı
Beynəlxalq elmi adı
Mus musculus
Vikinövlərin loqotipi
Vikinövlərdə
sistematika
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180366
NCBI  10090
EOL  328450
FW  
Ev siçanı (Mus musculus).

Mündəricat

Xarici görünüşü

Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir. Kəsici dişləri nisbətən uzun olub, uzunluğu kəllənin uzunluğunun 0,21 %-ni təşkil edir.

Ön dişlər

Yayılması

Ev siçanı bütün dünyada yayılmış növdür. O yalnız Şimal Buzlu okeanı və Uzaq Şərq dənizinin bir çox adalarında olmur. Qafqaz və Orta Asiyanın hündür dağlıq rayonlarında da yoxdur.

Yarımnövləri

Hazırda ev siçanının 130-dan çox yarımnövü təsvir edilmişdir. Onlardan əsasları aşağıdakılardır:

  • Mus musculus musculus - arealı şərqi Avropanı, həmçinin Rusiyanın böyük hissəsini əhatə edir.
  • Mus musculus castaneus - Cənub-şərqi Asiya yayılıb.
  • Mus musculus domesticus - Avropa, Amerika, Avstraliya və Afrikanın böyük hissəsində yayılıb.
  • Mus musculus gentilulus - Ərəbistan yarımadasında və Madaqaskar adasında rast gəlinir.
  • Mus musculus homourus
  • Mus musculus molossinus
  • Mus musculus bactrianus - Asiyada rast gəlinir.
  • Mus musculus praetextus
  • Mus musculus wagneri

Azərbaycanda iki forması qeydə alınmışdır: M.m.hortulanus Nordmann (düzənlik ərazilər) və M.m.abbotti Waterhouse (dağlıq ərazilər).

Həyat tərzi

Düzənliklərdən tutmuş d.s. 500 – 3000 m-ə qədər ən müxtəlif yaşayış yerlərində: yovşanlı çöllərdə, şoranotlu-yovşanlı yarımsəhralarda, meşə massivlərində, bağlarda, bostanlarda, kolluqlarda, çay vadilərində və s. rast gəlinir. Meşənin dərinliklərinə daxil olmayaraq meşə kənarlarında və seyrək meşələrdə rast gəlinir. Qurumayan bataqlıq yerlərdə, takırlardan və axar qumlu sahələrdən uzaq durur. Azərbaycan gəmiricilərinin başqa növləri ilə müqayisədə ev siçanı maksimal miqdarda biotoplarda məskunlaşır. İlin soyuq vaxtlarında populyasiyanın böyük hissəsi insan məskənlərinə köçərək yayda yenidən yabanı təbiətə qayıdır. Bu yerdəyişmələrin miqdarı 3–4 km-ə qədər çata bilər. Təbiətdə müxtəlif sığınacaqlardan istifadə etməklə yanaşı siçanlar adətən sadə quruluşlu yuvalar da qazırlar. Başqa gəmiricilərin tərk edilmiş yuvalarından istifadə edirlər. Ev siçanı yay vaxtı ala-qaranlıq – gecə həyat tərzi keçirərək sərin, tutqun günlərdə isə yalnız gündüz fəal olur. Payızda ala-qaranlıq, qışda və yazda isə yalnız gündüz vaxtı yer səthinə çıxır. Tikililərdə gündəlik fəallıq vaxtı insan fəaliyyəti ilə əks asıllıqlıdır.

Çoxalması və yaşama müddəti

Ev siçanları yaşayış binalarında bütün ili çoxaldıqları halda, təbiətdə isə qış və yayın isti aylarında bu proses tamamilə dayanır və ya zəifləyir. Boğazlıq müddəti 20 gün çəkir. Hər nəsildə balalarının miqdarı 1-dən 11-ə qədər dəyişir. Balalar bir aydan sonra sərbəst həyata keçirlər. Cinsi yetişkənliyə 2 aylıqda çatırlar. Boğaz dişilərin ən az miqdarı (2,0 – 2,4 %) dekabr və yanvarda qeydə alınmışdır. Bu göstəricinin sürətlə artması martda başlayır, apreldə daha da artaraq (15 %), iyulda maksimuma çatır (18 %). Sonra çoxalma səviyyəsi kəskin şəkildə aşağı düşür. İlboyu çoxalma düzənlik və dağətəyi ərazilərdə yayılmış populyasiyalara xasdır. Dağ meşələrində çoxalma dekabrda, dağüstü çöllərdə dekabr-fevralda, supalpda isə noyabr-martda başa çatır. Yarımsəhra ərazilərdə ən yüksək çoxalma səviyyəsi iyul-avqusta düşür. Təbiətdə ömürlərinin uzunluğu 12-18 aydan çox olmur. Lakin qəfəs şəraitində 2-3 ilə qədər yaşayırlar. Siçanların ömrünü uzada bilən tədqiqatçılara hər il Mafusaila Fondunun mükafatı verilir. 2005-ci ildəki laboratoriya siçanlarının ömrünün rekord uzunluğu 1819 gün (təqribən 5 il) təşkil etmişdir.

Qidalanması

Ev siçanları polifaqdır. İnsan məskənlərində yaşayan siçanlar ən müxtəlif heyvani və bitki məhsulları ilə qidalanırlar. Təbiətə yaşayan heyvanlar əsasən dənli bitkilərin, mürəkkəbçiçəklilərin və paxlalıların toxumların yeyirlər. Qidalarında cücülərin qalıqlarına da rast gəlinir.

Ədəbiyyat

  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ev siçanı haqqında məlumat. Ev siçanı nədir? Ev siçanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arqun xan

  • Fevral 27, 2026

    Qaraçay-Çerkesiya

  • Fevral 25, 2026

    Qırğızlar

  • Fevral 27, 2026

    Cürcan

  • Fevral 27, 2026

    Musa Əliyev

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst