Tərlan Mir Əşrəf oğlu Seyidov (19 yanvar 1943, Bakı – 1 fevral 2023, Bakı) — musiqişünas, pianoçu, pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru və professoru. SSRİ Bəstəkarlar İttifaqının üzvü.
| Tərlan Seyidov | |
|---|---|
| Tərlan Mir Əşrəf oğlu Seyidov | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 19 yanvar 1943 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 fevral 2023 (80 yaşında) |
| Vəfat yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | pianoçu, pedaqoq, professor |
| Musiqi aləti | piano |
| Təhsili |
|
| Elmi dərəcəsi | |
| Elmi adı |
|
| Mükafatları | |
Həyatı
Tərlan Seyidov 1943-cü ildə Bakıda həkimlər ailəsində doğulub. 1966-cı ildə Bakı Musiqi Akademiyasının fortepiano sinfini bitirib. 1971–72-ci illərdə Gnesinlər adına Moskva Musiqi İnstitutunda təcrübə keçmişdir. 1976-cı ildə Moskva Dövlət Konservatoriyasında ixtisasartırma kursunu bitirmişdir. 1980-ci ildə Orta İxtisas Musiqi Məktəb-Studiyasını yaradıb və ona rəhbərlik edib. Həmin ildə Bakı Musiqi Akademiyasının Uşaq Opera Teatrını yaradıb və onun bədii rəhbəri olub. 100-ə qədər pianoçu yetişdirib. O, Azərbaycan fortepiano mədəniyyətini dərindən araşdıranlardan biri idi.
Tərlan Seyidov uzun sürən xəstəlikdən sonra 1 fevral 2023-cü ildə 80 yaşında vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tərlan Seyidov haqqında məlumat. Tərlan Seyidov nədir? Tərlan Seyidov nə deməkdir?