Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Türkan qəsəbəsi Bakı şəhərindən 35 km a

Türkan

  • Ana Səhifə
  • Vikipediya
  • Türkan

Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Türkan qəsəbəsi Bakı şəhərindən 35 km aralıda yerləşir.

Türkan
40°21′43″ şm. e. 50°13′02″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Xəzər
Tarixi və coğrafiyası
Sahəsi 40,22 kv.km
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 12.684 nəfər (2020)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1056
Xəritəni göstər/gizlə
Türkan xəritədə
Türkan
Türkan

Zirə, Hövsan, Qala kəndləri ilə qonşudur.

Mündəricat

Toponimikası

Monqolların Azərbaycana hücumundan əvvəl Türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə məşhur idilər. Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da bu yerlərdə yaşamış türkmənlərin adı ilə bağlıdır.

Tarixi

Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır.[mənbə göstərilməlidir]

Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.[mənbə göstərilməlidir]

Əhalisi

1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumatına əsasən Türkan qəsəbəsinin 12684 nəfər əhalisi vardır.

İnfrastrukturu

Türkan qəsəbəsində 262, 256 və 119 saylı üç tam orta məktəb və 6 nömrəli internat məktəbi fəaliyyət göstərir. Qəsəbə ərazisində bir poliklinika vardır.

Əhalinin dolanışığı

Əhali əsasən əkinçilik və Türkanda olan daş karxanalarında işləməklə dolanır. Əkinçiliyin monopoliyalaşdığı və daş karxanalarının fəaliyyətinin zəiflədiyi bu dövrlərdə, kənd əhalisinin dolanışıq vəziyyəti çətinləşib. Kənddə uzun illərdən bəri avtobus/marşurut problemi vardır, kəndə gediş-gəliş çətindir. Kəndin dəniz kənarı torpaq hissələri məmurlar və digər varlılar tərəfindən hasara alınaraq özəlləşdirdiliyi üçün kənd əhalisinin qədim məşğuliyyətlərindən biri olan dəniz kənarı bostançılıq zəifləyib.

Görkəmli şəxslər

  1. Ağaxan Abdullayev
  2. Zamiq Əliyev
  3. Dilarə Dostuzadə


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkan haqqında məlumat. Türkan nədir? Türkan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Encore

  • Fevral 27, 2026

    Qeysanilər

  • Fevral 27, 2026

    Düzbucaqlı

  • Fevral 26, 2026

    Nasional sosializm

  • Fevral 24, 2026

    23 mart

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst