Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir Leontyeviç Komarov (rus. Влади́мир Лео́нтьевич Комаро́в; 1 (13) oktyabr 1869[…], Sankt-Peterburq – 5 dekabr 1945[…], Moskva) — Rusiya botaniki və coğra

Vladimir Komarov

  • Ana Səhifə
  • Vikipediya
  • Vladimir Komarov

Vladimir Leontyeviç Komarov (rus. Влади́мир Лео́нтьевич Комаро́в; 1 (13) oktyabr 1869[…], Sankt-Peterburq – 5 dekabr 1945[…], Moskva) — Rusiya botaniki və coğrafiyaşünası.

Vladimir Leontyeviç Komarov
rus. Влади́мир Лео́нтьевич Комаро́в
Doğum tarixi 1 (13) oktyabr 1869(1869-10-13)[…]
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 5 dekabr 1945(1945-12-05)[…] (76 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Elm sahələri botanika, coğrafiya, Botaniki coğrafiya
Elmi dərəcələri
  • magistr,
  • biologiya elmləri doktoru
İş yerləri
  • Sankt-Peterburq İmperator Universiteti (1898–1899),
  • Sankt-Peterburq İmperator Universiteti (1899),
  • Birinci Petroqrad Universiteti (1902–1918),
  • Birinci Petroqrad Universiteti (1918),
  • Leninqrad Dövlət Universiteti (1920–1945),
  • Rusiya Elmlər Akademiyası (1929),
  • Rusiya Elmlər Akademiyası (1931–1936),
  • Rusiya Elmlər Akademiyası (1936–1945)
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti (1890–1894),
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]
Üzvlüyü
  • Rusiya Coğrafiya Cəmiyyəti (1895),
  • Rusiya Elmlər Akademiyası (1914–1920),
  • Rusiya Elmlər Akademiyası (1920),
  • Bolqarıstan Elmlər Akademiyası,
  • Ermənistan Milli Elmlər Akademiyası (8520),
  • Azərbaycan SSR Elmlər Akademiyası (1945)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1944
"Lenin" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1916 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni — 1913 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1910 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni — 1906 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1903 Medal "In memory of the 300th anniversary of Romanov dynasty"
1-ci dərəcəli "Stalin" mükafatı — 1942
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Canlı təbiətin sistematiki
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: "Kom.".
Bu cür taksonlar IPNI saytında
Şəxsi səhifə IPNI saytında

Mündəricat

Həyatı

Akademik Vladimir Leontyeviç Koma­rov 13 oktyabr 1869-cu ildə Peterburqda (in­diki Sankt-Peterburq) hərbçi ailəsində anadan olmuşdur. Peterburq Universite­tinin Fizika-riyaziyyat fakültəsinin Təbiət tarixi bölməsini bitirmişdir (1894).

V.L.Komarov botanika ixtisası üzrə ma­gistr (1902), elmlər doktorluğu elmi də­rə­­cəsini (1911) almış, Peterburq Universiteti və başqa ali məktəblərdə tədris işi aparmışdır (1903-1906). Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1914), həqi­qi üzvü (1920), vitse-prezidenti (1930-1936), SSRİ Elmlər Akademiyasının prezi­denti (1936-1945) seçilmişdir.

V.L.Komarov botanika elminin sistematika, floristika, filogeniya, bit­ki coğra­fiyası və s. sahələrində bir çox elmi yeniliklər etmişdir. Asiya qitə­sinin bütün­lüklə Rusiya hissəsi, Monqolustan və Çinin bitkiliyini, sistematik tərkibini ətraflı öyrənmişdir. Uzaq Şərqin bir çox vilayətlərindən başqa, Sayana və Baykalətrafını, daha sonra bütün Sibiri və Yakutiyanın geniş ərazilərini xarakterizə etmişdir. Ümu­mən Uzaq Şərqə aid 222 növ onun tərəfindən təsvir edilmiş, bioloji xüsu­siyyətləri göstərilmişdir. V.L.Komarov bitkilər aləminin təkamülünə, coğrafi yayıl­masına, filogenetik sisteminin qurulmasına aid nəzəri fikirlər irəli sürmüş, flora və bitki örtüyünün meri­dio­nal zonallığı, filogenetik sıralar haqqında yeni nəzəriyyələr yaratmışdır.

V.L.Komarov elmin, xüsusilə botanika elminin görkəmli tarixçisi idi. O, bitki sistematikasının əsasını qoymuş K.Linney, I.-B.Lamark, bitki fiziologiyası sahəsində görkəmli alim K.A.Timiryazev və başqalarının bitki sistematikası, filogeniyası, fizio­logiyası haqqında elmi işlərini analitik təhlil etmiş, fikirlərinə münasibət bildirmiş, üstünlüklərini göstərmiş və bu sahə­lərdə aparılacaq tədqiqatların istiqamətlərini vermişdir. O, floranın tarixini bərpa etməklə, müxtəlif floristik komplekslərin mövcud olduqları şərait, iqlim, materik və dənizlərin konfiqurasiyalarının təsiri altında dəyişən miqrasiyası nöqteyi-nəzərindən dərk edilməsinin mümkün oldu­ğunu iddia edirdi.

V.L.Komarov 400-dən çox elmi əsərin, o cümlədən Çin, Monqolus­tan, Mancu­riya, Kamçatka, Sibir və digər floraların tədqiqinə həsr olunmuş 10 cildlik “Seçilmiş əsərlər”in müəllifidir. Çoxsaylı floristik işlərində V.L.Ko­marov təyin etdiyi yeni növlərin təsvirini vermişdir. 2 cildlik “Опре­де­литель растений Дальневосточ­ного края” (həmmüəlliflə) əsərində (1931; 1932) 1966 növ bitkinin təsviri verilmişdir. Bunlardan 146-sı V.L.Ko­marov tərə­findən kəşf edilmişdir. 1934-cü ildə onun nəzəri ideyaları və səyi nəticəsində baş redaktoru olduğu 20 cildlik «Флора СССР» əsərinin nəşri təşkil edilmiş və 13 cildi alimin sağlığında dərc olunmuşdur.

V.L.Komarov 1943-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 3 Lenin ordeni və müxtəlif medallarla təltif edilmiş, 1-ci dərəcəli Stalin mükafat­ları (1931, 1932) laureatı olmuşdur. Onun təşəbbüsü ilə 1932-ci ildə təşkil olu­nan SSRİ EA Uzaq Şərq filialı və Botanika İnstitutu hazırda alimin adını daşıyır. Şərqi Asiyanın öyrənilməsində ölçüyəgəlməz xidmətinə görə Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən N.M.Prjevalski adına mükafata layiq görül­müşdür. “Флора Маньчжурии” (3 cild) əsərinə görə o, Rusiya EA tərəfin­dən akademik Ber mükafatına, Botaniki coğrafiya Beynəlxalq Akademi­yasının (Fransa) meda­lına layiq görülmüşdür.

V.L.Komarov 1945-ci ildə Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir.

V.L.Komarov 5 dekabr 1945-ci ildə vəfat etmişdir.

Komarov tərəfindən təsnif edilmiş bitki cinsləri

  • Boehmeriopsis Kom.
  • Trichochiton Kom.
  • Sophora davidii Kom. ex Pavol.

Komarovun şərəfinə adlandrılan

Bitki taksonları

  • Allium subsect. Komaroviana F.O.Khass. & R.M.Fritsch
  • Astragalus sect. Komaroviella Gontsch.
  • Campanula ser. Komarovianae Fed. ex Kharadze
  • Dracocephalum ser. Komaroviana Schischk. ex A.L.Budantzev
  • Saxifraga sect. Komarovia Zhmylev

Heyvan növləri

  • Dahurinaia komarovi — şirin su ilbizi
  • Nebria komarovi (syn. Eonebria komarovi)
  • Chionesoma komarovi (Brske, 1907)
  • Prionus komarovi
  • Discoptera komarov
  • Rethera komarovi (Christoph, 1885)
  • Timomenus komarovi (Semenov, 1901)
  • Carabus komarowi
  • Trechus komarovi
  • Throbalium komarovi
  • Deltomerus komarovi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladimir Komarov haqqında məlumat. Vladimir Komarov nədir? Vladimir Komarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vegetarianlıq

  • Fevral 27, 2026

    Qatır

  • Fevral 27, 2026

    Tabu

  • Fevral 23, 2026

    Mayami

  • Fevral 27, 2026

    Desiderius Erasmus

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst