Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Şahənşah (1465, Amasya – 2 iyul 1511, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Şahənşah

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Şahənşah

Şahzadə Şahənşah (1465, Amasya – 2 iyul 1511, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Şahənşah
osman. شاهزاده شاهنشاه
Dəfn edildiyi Şahzadə Əhməd türbəsi - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Şahzadə Əhməd türbəsi - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 1465(1465)
Doğum yeri Amasya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi 2 iyul 1511(1511-07-02) (45–46 yaşında)
Vəfat yeri Qaraman əyaləti, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Atası II Bəyazid
Anası Hüsnüşah Xatun
Həyat yoldaşı Mükrimə Xatun
Uşaqları Şahzadə Mehmed
Şahzadə Mahmud

Mündəricat

Həyatı

Uşaqlıq illəri

Şahzadə Şahənşah 1474-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Hüsnüşah Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Şahənşah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Manisa sancaqbəyi təyin edildi və anası Hüsnüşah Xatunla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

Atasının səltənət illərində

Qaraman sancaqbəyi olan əmisi Cem Sultanın taxt mübarizəsində məğlub olaraq Məmlüklərə sığınmasının ardından, 1483-cü ildə Qaraman sancaqbəyi təyin edildi. Üstəlik anası Hüsnüşah Xatun da Qaramanoğlu İbrahim bəyin nəslindən idi. Bu səbəblə siyasi olaraq qarışıq olan bu bölgəni uzun müddət əmin-amanlıqla idarə edə bildi.

Osmanlı ordusunun Venesiya ilə müharibədə olmasından istifadə edən və Ağqoyunlulardan aldığı dəstəklə ayaqlanan Qaramanoğlu Mustafa bəyə qarşı mübarizə apardı. Öncə Beyşəhər sancaqbəyi olan oğlu Mehmedi İçələ göndərdi. Daha sonra isə özü bölgəyə gələrək Qaramanoğlu Mustafa bəyi məğlub etdi. Məğlub olan Mustafa bəy Tarsusa gələrək gəmiylə Misirə qaçdı və Məmlüklərə sığındı. Ancaq Osmanlılarla yeni bir siyasi gərginlik yaşamaq istəməyən Məmlük sultanı Əşrəf Canbolat Mustafa bəyi edam edərək Osmanlılara təslim etdi.

Ancaq Şahzadə Şahənşah 2 iyul 1511-ci ildə Konyada anidən vəfat etdi. Ölüm səbəbi bilinməsə də, bəzi mənbələrdə onun atasının əmriylə edam edildiyi qeyd edilir. Ancaq bunun nə dərəcədə doğru olduğu məlum deyil. Belə ki, onun vəfatının ardından atası Sultan Bəyazid dərin kədərə boğulmuş, bu hadisənin ardından taxtı böyük oğlu Şahzadə Əhmədə təhvil vermək niyyətinə gəlmişdir. Beləcə, Yavuz Sultan Səlim səltənətinin ilk illərini də əhatə edən uzun taxt mübarizəsi başlamış oldu.

Ölümünün ardından Beyşəhər sancaqbəyi olan oğlu Şahzadə Mehmed onun yerinə Qaramana təyin edildi. Ancaq əmiləri arasında gedən taxt mübarizəsi əsnasında 1512-ci ildə ələ keçirilərək edam olundu.

Ailəsi

Xanımı

  • Mükrimə Xatun (ö. 1517) — Bursa Muradiyə külliyəsində öz adına inşa olunan türbəyə dəfn edilmişdir.

Oğul övladları

  • Şahzadə Mehmed (d. 1488 — ö. 16 dekabr 1512) — Beyşəhər sancaqbəyi, atasının vəfatının ardından Qaraman sancaqbəyi oldu. 1502-ci ildə əmisi Şahzadə Abdullahın qızı Şahnisə Sultanla evlənmişdir. Ögey əmisi Yavuz Sultan Səlimin əmriylə boğularaq edam edilmişdir.
  • Şahzadə Mahmud (ö. 1510)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Şahənşah haqqında məlumat. Şahzadə Şahənşah nədir? Şahzadə Şahənşah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İtaliya Prezidenti

  • Fevral 27, 2026

    Muradxanlı (İmişli)

  • Fevral 27, 2026

    Yeniyetmə

  • Fevral 27, 2026

    Gövhər ağa

  • Fevral 27, 2026

    Aşağı Kürdmahmudlu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst