Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İliada — qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanı. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağl

İliada

  • Ana Səhifə
  • Vikipediya
  • İliada

İliada — qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanı. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başçılığı ilə axeylər Troyaya hücum edirlər.

İliada
q.yun. Ἰλιάς
Janr epos
Müəllif Homer
Orijinal dili qədim yunan dili
Yazılma ili VIII əsr
Əvvəlki Kipriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhvalat Troya əsatirlər silsiləsindən alınmışdır və bu əsatir Zevsin Fetida ilə evlənməsi ilə bağlıdır. Prometey Zevsə əgər Fetida ilə evlənsə ondan olan oğlunun çox güclü olacağını və Uranla Kron kimi Zevsin də taxtdan salınacağını xəbər verir. Buna görə də Zevs Fetidanı Peleyə ərə verir. Bu toya çağrılmayan nifaq ilahəsi Erida bir hiylə qurur: Zevsə bir alma verir. Almanın üstündə ən gözələ çatacaq sözləri yazılır. Bu almanı Hera, Afina və Afrodita istəyirlər. Zevs almanı kimə vermək məsələsini Parisə tapşırır, o isə almanı Afroditaya verir. Bunun qarşılığında Afrodita ona Zevsin gözəl qızı Yelenanı vəd edir və Yelena Parislə birlikdə qaçır.

Mündəricat

Surətlər

Homerin İliadasının birinci şeiri
  • Axilles
  • Aqamemnon
  • Menelay
  • Yelena
  • Paris
  • Hektor
  • Priam
  • Hekuba
  • Andromaxa
  • Odissey
  • Ayaks
  • Pandar
  • Diomed
  • Eney
  • Pandar
  • Tevker
  • Patrokl
  • Nestor
  • Fetida
  • Zevs
  • Hera
  • Afina
  • Afrodita
  • Hefest
  • Poseydon
  • Ares
  • Apollon
  • Briseida
  • Xris
  • Xriseida
  • Kassandra
  • Tripolem

Məzmun

Dastan Apollon məbədinin kahini Xrisin Aqamemnondan öz əsir götürülmüş qızını istəməsi və onun verilməməsi ilə başlayır. Axilles qızı verməsini tələb etdikdə Aqamemnon bunun qarşılığında Axillesin sevgilisi Briseidanı istəyir. Axilles qızı verir, lakin özünü təhqir olunmuş hiss edir və qəzəblənir. Anası Fetidadan Zevslə danışmasını və arqivlərin məğlub olmasını istəyir. Fetida oğlunun xahişini yerinə yetirir və Zevs bunu qəbul edir. Lakin Hera və Afina axeylərə yardım göstərirlər. Menelay Parislə təkbətək vuruşda qalib gəlsə də Paris Yelenanı vermir və döyüş güclənir. Diomed müxtəlif igidliklər göstərir. Sonra isə Axillesin icazəsi ilə dostu Patrokl döyüşə girir. Lakin Hektor tərəfindən öldürülür. Buna qəzəblənən Axilles döyüşə girir. Hektoru öldürür. Əsər Priamın Axillesdən Hektorun cəsədini alması ilə bitir.

Həmçinin bax

  • Odisseya
  • Homer
  • Troya müharibəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İliada haqqında məlumat. İliada nədir? İliada nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ceyran Mahmudova

  • Fevral 23, 2026

    Fəqih

  • Fevral 24, 2026

    Mineral

  • Fevral 23, 2026

    Merkuri (planet)

  • Fevral 23, 2026

    14 dekabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst