Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədri

Əlövsət Əbdülrəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Əlövsət Əbdülrəhimov

Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi.

Əlövsət Əbdülrəhimov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
195? – 1954
SonrakıAğamirzə Əhmədov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini
195? – 195?
Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini
28 may 1952 – 17 aprel 1953
SədrSadıq Rəhimov
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1912(1912-12)
Doğum yeri
  • Salyan, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi dekabr 1986(1986-12) (73–74 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1941–1986)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri Azərbaycan SSR Dövlət mükafatı — 1976 Azərbaycan SSR əməkdar inşaatçısı — 1960 "Stalin" mükafatı — 1952

Mündəricat

Həyatı

Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur.

Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur.

Siyasi fəaliyyəti

Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır.

O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlövsət Əbdülrəhimov haqqında məlumat. Əlövsət Əbdülrəhimov nədir? Əlövsət Əbdülrəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bessarabiya

  • Fevral 27, 2026

    Vergi

  • Fevral 26, 2026

    Varşava

  • Fevral 27, 2026

    İnanlı oymağı

  • Fevral 27, 2026

    İnturist otel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst