Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Varşava (pol. Warszawa ) — Polşanın paytaxtı, ərazicə və əhalicə ən böyük şəhəri. 1596-cı ildə kral III Sigizmundun Vavel qəsrində yanğın olduqdan sonra o öz iq

Varşava

  • Ana Səhifə
  • Vikipediya
  • Varşava

Varşava (pol. Warszawa ) — Polşanın paytaxtı, ərazicə və əhalicə ən böyük şəhəri. 1596-cı ildə kral III Sigizmundun Vavel qəsrində yanğın olduqdan sonra o öz iqamətgahını Varşavaya köçürür. Paytaxt kimi statusu ilk dəfə Polşanın 1791-ci il Konstitusiyasında əksini tapıb. Şəhərin ərazisindən Visla çayı axır.

Varşava
Warszawa
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
52°13′48″ şm. e. 21°00′40″ ş. u.HGYO
Ölkə
  •  Polşa
Tarixi və coğrafiyası
İlk məlumat 23 aprel 1313
Sahəsi
  • 517,2 km² (2023)
Mərkəzin hündürlüyü 118 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 1.862.402 nəf. (2024)
Rəsmi dili
  • polyak dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +48 22
Poçt indeksi 00-000
Nəqliyyat kodu WA, WB, WD, WE, WF, WH, WI, WJ, WK, WN, WT, WU, WW...A/C/E/X/Y, WW...F/G/H/J/W, WW...K/L/M/N/P/R/S/U/V, WX...Y, WX, WY
Digər
um.warszawa.pl
Xəritəni göstər/gizlə
Varşava xəritədə
Varşava
Varşava
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Varşava şəhərinin əsası 1300-cü ildə polyak knyazlarının biri tərəfindən qoyulub. Sürətlə böyüyən şəhər 1413-cü ildə Masoviya knyazlığının paytaxtına çevrilir. 14–15-ci əsrlərdə Varşava iqtisadiyyatı ticarət və sənətkarlığın əsasında inkişaf edirdi. 1526-cı ildə Varşava Polşa krallığının tərkibinə daxil olur. Artıq 1529-cu ildə ilk dəfə Varşavada Polşa seyminin toplantısı keçirilir. 1569-cu ildən etibarən isə Seym öz toplantılarını daimi olaraq Varşavada keçirməyə başlayır. 1596-cı ildə birləşmiş Poşa-Litva Federasiyası olan Reç Pospolitanın paytaxtı Krakov şəhərindən Varşavaya köçürülür.

Varşavanın paytaxt elan olunmasından sonra şəhər sürətlə inkişaf edərək böyüyür. Şəhərdə bir neçə özəl şirkətlər və yaşayış məntəqələri yaranır. 1655–1658-ci illər arasında şəhər bir neçə dəfə İsveç, Almaniya və Transilvaniya orduları tərəfindən mühasirəyə alınaraq ələ keçirilir və dağıdılır. 1700-cü ildə Böyük Şimal müharibəsi başlanır. Müharibə ərzində şəhər bir neçə dəfə mühasirəyə alınır və ağır rüsumlar ödəməyə məcbur olur. Müharibə bitdikdən sonra Varşava tədricən kapitalist iqtisadiyyatının hakim olduğu şəhərə çevrilməyə başlayır. Varşava 1795-ci ilə kimi Reç Pospolitanın paytaxtı olaraq qalır. Həmin ildə Reç Pospolitanın bir dövlət kimi mövcudluğu sona çatır və onun əraziləri Prussiya krallığı və Rusiya imperiyası arasında bölüşdürülür. Varşava şəhəri Prussiyaya məxsus ərazilərə qatılır və Cənubi Prussiya əyalətinin paytaxtı elan edilir.

1806-cı ildə şəhəri Napoleonun ordusu ələ keçirir. Lakin daha sonra Napoleonun Rusiyaya məğlubiyyətinin ardından şəhər 1815-ci ildə Rusiyanın hakimiyyəti altına keçir. Razılaşmaya görə Polşa konstitusiyalı monarxiya kimi Rusiya ilə birlikdə vahid konfederasiyaya daxil olur. Polşanın paytaxtı yenidən Varşava elan olunur və 1816-cı ildə burada Varşava Universiteti açılır.

İqtisadiyyatı

2008-ci ildə aparılmış araşdırmaların nəticələrinə əsasən Varşava şəhəri yaşayışın qiymətinə görə dünyada 35-ci ən baha şəhər hesab olunur. Varşava həm də yüksək səviyyədə qloballaşmış şəhər sayılır. Varşava şəhəri və xüsusilə onun mərkəzi hissəsi (Śródmieście) bir çox dövlət idarələrinin, elmi mərkəzlərin və həmçinin bir çox yerli və xarici şirkətlərin qərargahlarının yerləşdiyi yerdir. 2006-cı ilə kimi Varşavada qeydiyyatdan keçmiş şirkətlərin sayı 304.000-i ötüb.

Varşava əhalisinin adambaşına olan gəliri orta polşalının gəlirindən 3 dəfə çox, orta avropalının gəlirindən isə 60% çoxdur. Şəhərdə işsizlik səviyyəsi Polşada ən aşağıdır və rəsmi göstəricilərə görə 3%-dən aşağıdır.

Həmçinin bax

  • Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Varşava haqqında məlumat. Varşava nədir? Varşava nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    8 may

  • Fevral 25, 2026

    Haumeanın peykləri

  • Fevral 25, 2026

    III Çarlz

  • Fevral 23, 2026

    16 avqust

  • Fevral 26, 2026

    Süveyş

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst