Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6

Ayzek Azimov

  • Ana Səhifə
  • Vikipediya
  • Ayzek Azimov

Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur.

Ayzek Azimov
ing. Isaac Asimov
Doğum adı Исаáк Ази́мов
Təxəllüsü Paul French
Doğum tarixi 2 yanvar 1920
Doğum yeri Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR (indiki Şumyaç rayonu, Smolensk vilayəti, Rusiya)
Vəfat tarixi 6 aprel 1992 (72 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Təhsili
  • Kolumbiya Universiteti (–1939),
  • Kolumbiya Mühəndislik və Tətbiqi Elmlər Məktəbi[d],
  • Kolumbiya Universiteti Mühəndislik Məktəbi[d]
Fəaliyyəti biokimyaçı, romançı, nasir, avtobioqraf[d], fantastika yazıçısı[d], yazıçı-dokumentalist[d], universitet müəllimi[d], jurnalist, ssenarist, yazıçı, detektiv yazıçısı[d]
Fəaliyyət illəri 1934–1992
Əsərlərinin dili ingilis dili
Janr Elmi fantastika
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
İmza
asimovonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Kimyanın qısa tarixi" əsərinin müəllifidir.

Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir. Məşhur amerikan fantastı, ixtisasca biokimyaçı olan Ayzek Azimov 1964-cü ildə İngiltərədə çap edilmiş "Adding a Dimension" ("Daha bir ölçü") kitabında yazırdı: "Elmin tarixi vacib həqiqətləri dərk etməyə kömək edir". Azimov yazırdı: "Əgər elm ilahi kəşf deyilsə, insan ağlının məhsuludursa, onun sonrakı inkişafı da labüddür. Əgər elmi qanun əbədi həqiqət sayılmırsa deməli, bunun üçün tələbat yaranarsa dəyişilə bilər. Elmi həqiqət özündə sonrakı təkmilləşməni formalaşdırır". Azimov öz kitabının ön sözünü bu sözlərlə bitirmişdir və onların altından hər bir alim imza ata bilər: "Fərziyyələr və yanlışlıqlar, açıqlama və həqiqətlə gizlənpaç oyunları yüz il bundan öncə aşkar edilə bilərdi, lakin şişirdilmiş avtoritetlər və tacsız "peyğəmbərlərin" gizli fikirləri buna maneə törədərək mübarizəni daha riskli, nəticəni isə qeyri-müəyyən edirdi. Elm tarixində çətinliklərin nəticəsi olaraq indiki elmi uduşlar bizim üçün daha qiymətli olur. Daha səmimi olaq. Bəzən hamı belə fikirləşir. Bəs bunlar nəyə lazımdır? Olmaz ki, biz artıq digərləri tərəfindən tapılmış həqiqətlərdən hazır şəkildə istifadə edək? Əslində bu belədir, lakin başqalarının artıq sərf etdiyi zamana biz qənaət etməklə özümüz üçün vaxt qazanmırıq. Nə mənası var ki, səhər tezdən durub, bütün günü sahildə balıq tutaq, əvəzində yuxudan duran kimi dükandan balıq sifariş etmək daha yaxşı olar. Öz etüdlərimi yazanda mən bu haqda fikirləşirdim və bununla mən ümidsizliyə qapılıram ki, elmin keçmişi onun gələcəyini zənginləşdirmir".


Əsərləri

Mən, Robot

"Təməlçilər",

"Kosmik axınlar"

Robotlar və İmperiya

Günəşin Tanrıları

Dəmir Mağaralar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayzek Azimov haqqında məlumat. Ayzek Azimov nədir? Ayzek Azimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Strukturalizm

  • Fevral 27, 2026

    Ağaməmmədli (Marneuli)

  • Fevral 27, 2026

    İslam Səfərli

  • Fevral 27, 2026

    Fərrux Hörmüz

  • Fevral 27, 2026

    Livermorium

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst