Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi

Ağaməmmədli (Marneuli)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağaməmmədli (Marneuli)

Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir.

Ağaməmmədli
41°19′28″ şm. e. 44°54′19″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Xəritəni göstər/gizlə
Ağaməmmədli xəritədə
Ağaməmmədli
Ağaməmmədli

Mündəricat

Tarixi

Ağaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir.

Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir.

Əhalisi

1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır.

2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır.

Tanınmışlar

  • Eyvaz Borçalı

İnfrastruktur

Kənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır. 2005-ci ilə olan məlumata görə kəndin orta məktəbində 504 şagird təhsil alır və 60 müəllim işləyir.

2009-cu ildə Mahal Tükənovun başçılığı ilə kənddə İmam Rza Məscidin açılışı baş verdi. Məscid Kompleksinə Hüseyiniyyə (yemək və ya yas zalı), Dərs otağı, Axund otağı, Kitabxana və Qonağ otağı daxildir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağaməmmədli (Marneuli) haqqında məlumat. Ağaməmmədli (Marneuli) nədir? Ağaməmmədli (Marneuli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Səudiyyə Ərəbistanı

  • Fevral 27, 2026

    Viçuqa

  • Fevral 27, 2026

    Usman Dembele

  • Fevral 27, 2026

    Kerç

  • Fevral 27, 2026

    Nyu-Meksiko

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst