Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Y

Demis Russos

  • Ana Səhifə
  • Vikipediya
  • Demis Russos

Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi.

Demis Russos
yun. Ντέμης Ρούσος
Ümumi məlumatlar
Doğum adı Artemios Venturis Russos
(yun. Αρτέμιος Βεντούρης Ρούσος)
Doğum tarixi 15 iyun 1946
Doğum yeri İsgəndəriyyə, Misir
Vəfat tarixi 25 yanvar 2015 (68 yaşında)
Vəfat yeri Afina, Yunanıstan
Vəfat səbəbi mədə xərçəngi, mədəaltı vəzin xərçəngi, qaraciyər xərçəngi
Dəfn yeri
  • Birinci Afina qəbiristanlığı
Milliyyəti Yunanıstan Yunanıstan
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, gitaraçı
Fəaliyyət illəri 1963 — indiyədək
Janrlar Pop, Pop-folk, Proqressiv rok
Musiqi alətləri gitara, bas-gitara, truba
Səs tembri lirik tenor[d], Tenor-altino
Albom şirkətləri Mercury Records[d]
Əlaqələri Aphrodite's Child
Vangelis
The Idols
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.

Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar.

1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir.

1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı. Albomla eyni adlı mahnı həmin il bir sıra Avropa ölkələrində çartların zirvəsinə qalxdı. "Happy То Be On An Island In The Sun" mahnısı isə Britaniya hit-paradlarında 5-ci yerədək yüksəldi.

1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.

O, 1985-ci il iyunun 14-də ərəb terroçuları tərəfindən qaçırılmış TWA şirkətinə məxsus 847 nömrəli reysin sərnişinlərindən biri idi. Terrorçular hətta onun doğum gününü də təyyarədə qeyd etmişdilər. Onlar öz əsirlərindən birinin Avropada məşhur adam olmasına sevinirdilər.

Onun digər məşhur mahnıları sırasında "My Friend the Wind", "My Reason", "Velvet Mornings", "Goodbye, My Love, Goodbye", "Someday" və "Lovely Lady of Arcadia" qeyd edilə bilər.

Demis Russosun 3 evliliyindən 2 uşağı var — qızı Emili və oğlu Siril.

Diskoqrafiya

  • On the Greek side of my mind (1971)
  • Forever and ever (1973)
  • My only fascination (1974)
  • Auf Wiederseh'n (1974)
  • Souvenirs (1975)
  • Happy to be (1976)
  • Die Nacht und der Wein (1976)
  • Kyrila (1977)
  • The Demis Roussos magic (1977)
  • Ainsi soit-il (1977)
  • Los super 2 LP (1977)
  • Demis Roussos (1978)
  • Universum (1979)
  • Man of the world (1980)
  • Roussos live! (1980)
  • Demis (1982)
  • Attitudes (1982)
  • Reflection (1984)
  • Senza tempo (1985)
  • Greater love (1986)
  • The story of… (1987)
  • Come all ye faithful (1987)
  • Le grec (1988)
  • Time (1988)
  • Voice and vision (1989)
  • Insight (digər adı Morning has Broken) (1993)
  • Demis Roussos in Holland (1995)
  • Immortel (1995)
  • Serenade (1996)
  • Mon île (1997)
  • Auf meinen Wegen (2000)
  • Live in Brazil (2006)
  • Demis (May 2009)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Demis Russos haqqında məlumat. Demis Russos nədir? Demis Russos nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Minnesota Universiteti

  • Fevral 23, 2026

    Tartu

  • Fevral 27, 2026

    Diplomatik korpus

  • Fevral 27, 2026

    Su buxarı

  • Fevral 25, 2026

    Yalta konfransı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst