Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiz qalası və ya Gəncək qalası — İranın şimalında yerləşən Şiz (Qazaka, Gəncək, Təxti Süleyman) şəhərinin müdafiə qalası. Atropatenanın Parfiya vassallığında ol

Şiz qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Şiz qalası

Şiz qalası və ya Gəncək qalası — İranın şimalında yerləşən Şiz (Qazaka, Gəncək, Təxti Süleyman) şəhərinin müdafiə qalası. Atropatenanın Parfiya vassallığında olduğu dövrdə inşa edilmiş qala, Sasani şahlarının sifarişi ilə əsaslı bərpa edilmişdir.

Şiz qalası
Ölkə  İran
Yerləşir Qazaka
Aidiyyəti Atropatena
Tikilmə tarixi e.ə. I minillik
Material çay daşı, əhəng daşı
Vəziyyəti açıq səma altında muzey
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Takht-e Soleyman
TipiMədəni
Kriteriyai, ii, iii, iv, vi
Təyin edilib2003
İstinad nöm.1077
Dövlətİran
RegionAsiya
Şiz qalası (İran)
Nöqtə
Şiz qalası

Mündəricat

Tarixi

Tarixi mənbələr məlumat verir ki, atropatena hökmdarları tərəfindən inşa edilmiş qala divarları Bizans imperatoru İraklinin Atropatenaya hücumu zamanı qalaya atılan ağır vəznli cismlər vasitəsiylə dağıdılmışdır.

Tədqiqatçıların əksəriyyətinin fikrincə qala divarları parfların hakimiyyəti dövründə inşa edilmişdir. Divarların memarlıq üslubu ilk baxışdan parfların digər qalalarını xatırladır. Ümumiyyətlə Parfiya dövründə əksər qalalar dairəvi şəkildə inşa edilirdi. Lakin Tisifun və Təxti Süleyman ellips şəklində tikilmişdir.

Nuiumen Şiz qalasının Sasanilər tərəfindən tikildiyini göstərir. O deyir: "Ola bilsin ki, Sasanilər qalanı tikdikdə parfiyalıların tikinti üslubundan istifadə etmişlər." Müəllifə görə Azərbaycan və İran ərazisində olan dairəvi binalar Beynəlnəhreyndəki eyni tipli binalardan daha qədimdir.

Memarlıq xüsusiyyətləri

Şiz qalası 12400 m². əraziyə malikdir. Qala dəniz səviyyəsindən 24500 m, ətrafında olan sahələrdən isə 18–20 m hündürdə yerləşir. Qala divarları daş və əhənglə tikilmişdir. Qala 36 bürcə malikdir. Yarımdairəvi formada olan bürclər biri digərindən 22–26 m aralıda yerləşərək hər biri 10 m enə malikdir. Qalanın Şimal qapısı 5,3 m hündürlüyə və ¾ m enə malikdir. Ümumiyyətlə qala divarının hündürlüyü 7,3–8,3 m, eni isə 3,9 m-dir.

Qala divarları böyük-kiçik sal daşlardan tikilərək 7,5 metr hündürlüyə malikdir. Qala divarlarına Sasani dövrünü tikinti üslubunda yonulmuş daşlardan üzlük çəkilmişdir. Qazıntı rəhbərinin fikrincə bu daş üzlük Sasanilərin son dövründə qala divarına əlavə edilmişdir. Qala divarında həmçinin monqol dövründə aparılan təmir işləri də sezilməkdədir.

Qala divarlarının Şimaldan Cənuba olan məsafəsi 400 m, Qərbdən Şərqə olan məsafəsi isə 300 m-ə bərabərdir.

Azərgüşnasp məbədinin qapısı qarşısında olan qalanın Şimal darvazası yerin təbii səthindən 7 m aşağıda yerləşir. Digəri isə Cənub-Qərb qapısıdır ki, hazırda qalaya gediş-gəliş burdandır. Qala divarlarının qalınlığı 10 metrdir. Lakin gölün sahilində sudan qorunmaq üçün divarların qalınlığı 15 metrdir.

Həmçinin bax

  • Atropatena
  • Təxti Süleyman
  • Azərgüşnasp məbədi
  • Azərbaycan memarlığı
  • Azərbaycan qalalarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şiz qalası haqqında məlumat. Şiz qalası nədir? Şiz qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anod

  • Fevral 27, 2026

    İkinci Zobucuq

  • Fevral 27, 2026

    Akif Əlizadə

  • Fevral 23, 2026

    19 avqust

  • Fevral 17, 2026

    Türk xalqları

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst