Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxas

Qaraciyər xərçəngi

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraciyər xərçəngi

Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur.

Qaraciyər xərçəngi
XBT-10-KM C22.9, C22.0
XBT-9-KM 155.0, 155.2
OMIM 114550
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Simptomlar

HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir.

Risk faktorları

HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80–90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır.

Diaqnostika

Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər. Bundan əlavə olaraq, qaraciyərin biopsiyası vasitəsilə şişin histoloji xarakteri də müəyyən edilə bilər. Həmçinin qanda Alfa-feto-Proteinin (AFP) miqdarı HCC xəstələrində yüksək miqdarda müşahidə edilir. Ancaq qeyd etmək lazımdır ki, AFP həmçinin qaraciyər serozunda da yüksək miqdarda ola bilir. Ona görə də bu göstəricinin sensitivliyi və spesifikliyi çox yüksək dərəcədə deyil. Qeyd etmək önəmlidir ki, şişin lokalizasiyasından, ölçüsündən, aqressivliyindən asılı olaraq əlavə başqa müayinələr də həyata keçirilə bilər.

Müalicə

HCC-nin müalicəsində əsas müalicə metodu cərrahi müdaxilədir. Bu istər reseksiya şəklində, istərsə də qaraciyər transplantasiyası şəklində həyata keçirilə bilər. Cərrahi müalicə mümkün ollmadığı hallaqda invaziv radioloji müdaxilə və ya Kimyaterapiya kimi müalicə üsullarından istifadə etmək olar.

Həmçinin bax

  • Arterial kimyaembolizasiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraciyər xərçəngi haqqında məlumat. Qaraciyər xərçəngi nədir? Qaraciyər xərçəngi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsveçrə bayrağı

  • Fevral 27, 2026

    Kurmanc dili

  • Fevral 25, 2026

    Niamey

  • Fevral 27, 2026

    E.ə. 69

  • Fevral 27, 2026

    Kazım Kazımzadə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst