Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Nəcəfqulu oğlu Sadıqov (Sadıxov) (17 yanvar 1914, Bakı – 3 may 1986, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci

Rza Sadıqov

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Sadıqov

Rza Nəcəfqulu oğlu Sadıqov (Sadıxov) (17 yanvar 1914, Bakı – 3 may 1986, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1960–1962) və müavini (1947–1949, 1958–1960, 1962–1970), Azərbaycan SSR maliyyə naziri (1949–1958).

Rza Sadıqov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
4 fevral 1960 – 6 aprel 1962
SədrMəmməd İsgəndərov
Ənvər Əlixanov
ƏvvəlkiMahmud Məmmədov
SonrakıƏsgər Orucov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
6 aprel 1962 – 23 noyabr 1970
SədrƏnvər Əlixanov
Əli İbrahimov
28 yanvar 1958 – 4 fevral 1960
SədrMəmməd İsgəndərov
24 mart 1947 – 7 may 1949
SədrTeymur Quliyev
Azərbaycan SSR maliyyə naziri
26 sentyabr 1949 – 3 noyabr 1958
ƏvvəlkiMirabutalıb Səmədov
SonrakıQurban Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1914(1914-01-17)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 may 1986(1986-05-03) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1941–1986)
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri namizədi

Təltifləri "Lenin" ordeni — 19591959

Həyatı

Rza Nəcəfqulu oğlu Sadıqov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olmuşdur. 1928-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra inşaat texnikumuna daxil olmuş, burada 4 il oxuduqdan sonra xüsusi orta təhsil almışdır.

Rza Sadıqov bir il Masallı MTS-də inşaatçı-texnik işlədikdən sonra, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun Arxitektura fakültəsinə daxil olmuşdur. O, təhsil aldığı illərdə "Azqaz" trestinin mərkəzi kontorunda işləmiş, inşaatçı texnik, növbətçi mühəndis, texniki bölmənin rəhbəri, texniki şöbənin müdiri, təmir-tikinti şöbəsinin müdiri, direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1939-cu ildə ali məktəbi bitirdikdən sonra "Azqaz" tresti müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1941–1942-ci illərdə Azərbaycan Dövlət Tikinti Tresti müdirinin müavini, tikinti-quraşdırma sahəsinin baş mühəndisi, zavod tikintisi rəisi vəzifələrində çalışmışdır.

Sonralar rəhbər vəzifələrdə çalışan Rza Sadıqov 1945-ci ilədək Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığında baş nəzarətçi, 1945-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komissiyası sədrinin müavini işləmişdir. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1949–1958-ci illərdə isə Azərbaycan SSR maliyyə naziri olmuşdur. 1958–1960-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1960–1962-ci illərdə birinci müavini, 1962-ci ildən isə yenidən müavini vəzifələrində çalışmışdır.

Rza Sadıqov 1934-cü ildən komsomol, 1941-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. VI çağırış SSRİ Ali Sovetinın, II, IV, V və VII çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş (1960–1962-ci illərdə büro üzvü), "Lenin" ordeni (1959) və medallarla təltif edilmişdir.

Rza Sadıqov 3 may 1986-cı ildə vəfat etmişdir. Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Sadıqov haqqında məlumat. Rza Sadıqov nədir? Rza Sadıqov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abiyentin turşusu

  • Fevral 27, 2026

    BSE

  • Fevral 27, 2026

    Bisütun kitabəsi

  • Fevral 27, 2026

    Mumbay

  • Fevral 24, 2026

    Xakaslar

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst