Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqının ən böyük, sistemli və nüfuzlu ümumelmi ensiklopedik nəşri olmuşdur. Ensiklopediya, Sovet İttifa

BSE

  • Ana Səhifə
  • Vikipediya
  • BSE

Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqının ən böyük, sistemli və nüfuzlu ümumelmi ensiklopedik nəşri olmuşdur. Ensiklopediya, Sovet İttifaqında elmin, texnikanın, mədəniyyətin və ideologiyanın inkişafını əks etdirən zəngin məlumat məbləyi olmaqla yanaşı, dövrün dünya görünüşünün geniş yayılması məqsədi daşıyırdı.

BSE-nın ikinci nəşri

BSE ümumilikdə üç əsas nəşrdə yazılmışdır. 106 cild və 100 minlərlə məqaləni özündə ehtiva edir.

Mündəricat

Yaradılması təşəbbüsü və məqsədi

BSE-nin yaradılması təşəbbüsü 1923-cü ildə irəli sürülmüş, 1925-ci ildə isə Elmlər Akademiyası tərəfindən layihə təsdiqlənmişdir. Bu dövrdə SSRİ yeni qurulmuşdu və maarifləndirmə, təhsil və ideoloji konsolidasiya əsas prioritetlərindən biri sayılırdı.

Ensiklopediyanın hazırlanmasında Sovet dövlətinin maarifləndirici və ideoloji maraqları ön planda tutulurdu. Məqsəd dövrün ideologiyası çərçivəsində biliklərin sistemləşdirilməsi, SSRİ-nin elmi və mədəni uğurlarının nümayişi idi.

Nəşrlər

I nəşr (1926–1947)

İlk nəşr 65 cilddə nəşr olmuşdur və baş redaktoru Otto Yulyeviç Şmidt idi.

Birinci nəşrin hazırlanması 1926-cı ildə başlanmış və 1947-ci ildə başa çatmışdır. Bu nəşr sovet ideologiyasının formalaşdığı dövrdə hazırlanmış və bir çox terminə ideoloji məna yüklənmişdir.

II nəşr (1950–1958)

İkinci nəşr 50 cild və 1 əlavə cilddə nəşr olunmuşdur. Baş redaktoru əvvəlcə Sergey Vavilov, sonra isə Boris Vvedenski idi.

Stalindən sonrakı dövrü əhatə edən bu nəşr SSRİ-nin müharibədən sonrakı elmi və iqtisadi uğurlarına fokuslanmışdı. İdeoloji məqamlar daha güclü hiss olunur, elmi sahələr daha əhatəli təsvir olunmuşdur.

III nəşr (1969–1978)

Üçüncü nəşr 30 əsas cild və 1 əlavə cilddə – ümumilikdə 31 cilddə nəşr olmuşdur. Baş redaktoru Aleksandr Proxorov idi.

Bu nəşr daha müasir, sistemli və genişmiqyaslı idi. Ümumiyyətlə 95.000-dən çox məqalə, 500-dən artıq xəritəni əhatə edir. Üçüncü nəşr əsasında ingilis dilində "Great Soviet Encyclopedia" adı ilə 1977–1981-ci illərdə ayrıca nəşrə hazırlanmışdır.

Məzmunu

BSE çoxşaxəli mövzuları əhatə edirdi:

  • Tarix və siyasi ideologiya
  • Fəlsəfə və marksizm-leninizm
  • Biologiya, tibb, fizika, kimya
  • Ədəbiyyat və incəsənət
  • Texnika, sənaye, coğrafiya, kosmosun
  • SSRİ və sosialist ölkələr haqqında xüsusi bölmələr.

İdeoloji senzura

Ensiklopediya yalnız elmi məlumat toplusu deyildi — o, eyni zamanda Sovet dövlətinin ideoloji aləti idi. SSRİ-yə uyğun gəlməyən şəxslər, hadisələr və ölkələr ya təhrif olunur, ya da tamamilə silinirdi. Məsələn, 1953-cü ildə Lavrenti Beriya ifşa edildikdən sonra onun haqqında məqalə çıxarılmış və həmin səhifə başqa mövzu ilə əvəz olunmuşdur.

Redaksiya heyəti və müəlliflər

BSE-nin hazırlanmasında minlərlə sovet alimi və tanınmış şəxsiyyətlər iştirak etmişdir. Bunlara daxildir:

  • Andrey Kolmoqorov – riyaziyyat
  • Sergey Vavilov – fizika
  • Lev Landau – nəzəri fizika
  • Dmitri Lixaçov – filologiya və mədəniyyət
  • İqor Kurçatov – nüvə texnologiyaları
  • Mstislav Keldış – tətbiqi riyaziyyat və aerodinamika

Tərcümələr və beynəlxalq təsiri

BSE-nin üçüncü nəşri 20-dən çox dilə, o cümlədən ingilis, fransız, alman və ispan dillərinə tərcümə edilmişdir. "Great Soviet Encyclopedia" adı ilə ingilis dilində nəşr olunmuş versiya Qərb dünyasında SSRİ haqqında əsas istinad mənbələrindən birinə çevrilmişdi, xüsusilə Soyuq müharibə dövründə.

Azərbaycana dair materiallar

BSE-nin müxtəlif nəşrlərində Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası və tanınmış şəxsiyyətləri haqqında ayrıca bölmələr yer almışdır. Üçüncü nəşrdə Azərbaycan haqqında 1974-cü ildə xüsusi məqalə dərc olunmuşdur.

Müasir dəyəri

SSRİ-nin dağılmasından sonra BSE-nin nəşri dayandırılmışdır. Bununla belə, onun irsi "Большая российская энциклопедия" adı altında davam etdirilmişdir. BSE bu gün həm elmi mənbə, həm də ideoloji və siyasi baxımdan Sovet epoxasının dərk edilməsi üçün mühüm bir vasitə sayılır. Onun rəqəmsallaşdırılmış versiyası müxtəlif arxivlərdə və elmi resurslarda açıq şəkildə istifadəyə təqdim edilmişdir.

Həmçinin bax

  • Britannika

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, BSE haqqında məlumat. BSE nədir? BSE nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Oyunlar nəzəriyyəsi

  • Fevral 28, 2026

    Hüseyn Rəvazadə

  • Fevral 27, 2026

    Biodizel

  • Fevral 27, 2026

    Süvarilər

  • Fevral 27, 2026

    APOEL FK

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst