Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Run əlifbası kəhanət məqsədləri üçün istifadə olunan simvollardan ibarət, təxminən e.ə. 200-cü ildə yaradılmış qədim Skandinaviya əlifbasıdır. Qədim skandinav m

Run əlifbası

  • Ana Səhifə
  • Vikipediya
  • Run əlifbası

Run əlifbası kəhanət məqsədləri üçün istifadə olunan simvollardan ibarət, təxminən e.ə. 200-cü ildə yaradılmış qədim Skandinaviya əlifbasıdır. Qədim skandinav mifinə görə tanrı Odin doqquz gün yaralı şəkildə İqqdrasil ağacından (dünya ağacı) başı-aşağı asılaraq Run əlifbasını aşkar etmişdi. Üç məlum Run əlifbası var: "böyük" və "kiçik" Futark (Futark bu əlifbanın ilk altı hərfinin transliterasiyasıdır), Anqlo-Sakson futorku və Danimarka skript əlifbası.

Run əlifbası
q.skan. rún
Mifologiya German-skandinav
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Rune" pıçıltı, sirr, gizli hikmət deməkdir. Böyük Futark ən qədim əlifbadır və 24 hərfdən ibarətdir. Müxtəlif dövrlərdə ən az on altı, ən çox isə otuz üç run simvolu mövcud olmuşdur. Run əlifbası əvvəllər dini məqsədlər üçün istifadə edilmişdir və bəzi alimlər inanırlar ki, qədimdə sadəcə run əlifbasının oxunması ilə məşğul olan xüsusi sinif kahinlər mövcud olmuşdur.

Böyük Futark
Kiçik Futark

Uzun illər ərzində bir çox permutasiya və dəyişikliklər "böyük" və "kiçik" Futark və Danimarka "qısa çubuq" şrifti daxil olmaqla bir neçə variantın yaranmasına səbəb olmuşdur. Nəhayət, on altı simvoldan ibarət əlifbadan daha geniş miqyasda istifadə olunmağa başlanmışdır.

Təxminən b.e. 1000-ci ilində qədim ingilis dilində yazılmış epik "Run poeması" o zaman sayı otuz üç simvola çatan işarələrin metaforik və dini mənalarını təsvir etmişdir.

Hal-hazırda run hərifləri meditasiya və kəhanət məqsədilə Asatru dindarları tərəfindən istifadə olunur.

Eddalara, tanrıların poetik saqasına əsasən Run əlifbası Odinin hədiyyəsidir. Eddalarda Run əlifbasının kəşfi haqqında deyilir: Odin yemək və su olmadan, doqquz gecə dünya ağacından yaralı vəziyyətdə asılı qalmışdı və nəhayət, o, run hərflərinin sudakı əksini görmüşdü.

Onlar mənə çörək vermədi,
Onlar mənə içki vermədi,
Acı fəryad ilə aşağı baxdım,
Yıxıldığım ağacdan runları aldım.

Unicode

Run əlifbası
Official Unicode Consortium code chart (PDF)
 0123456789ABCDEF
U+16Ax ᚠ ᚡ ᚢ ᚣ ᚤ ᚥ ᚦ ᚧ ᚨ ᚩ ᚪ ᚫ ᚬ ᚭ ᚮ ᚯ
U+16Bx ᚰ ᚱ ᚲ ᚳ ᚴ ᚵ ᚶ ᚷ ᚸ ᚹ ᚺ ᚻ ᚼ ᚽ ᚾ ᚿ
U+16Cx ᛀ ᛁ ᛂ ᛃ ᛄ ᛅ ᛆ ᛇ ᛈ ᛉ ᛊ ᛋ ᛌ ᛍ ᛎ ᛏ
U+16Dx ᛐ ᛑ ᛒ ᛓ ᛔ ᛕ ᛖ ᛗ ᛘ ᛙ ᛚ ᛛ ᛜ ᛝ ᛞ ᛟ
U+16Ex ᛠ ᛡ ᛢ ᛣ ᛤ ᛥ ᛦ ᛧ ᛨ ᛩ ᛪ ᛫ ᛬ ᛭ ᛮ ᛯ
U+16Fx ᛰ ᛱ ᛲ ᛳ ᛴ ᛵ ᛶ ᛷ ᛸ
Qeydlər
  1. Unicode versiya 7.0
  2. Boz hissələr təyin edilməmiş kod nöqtələridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Run əlifbası haqqında məlumat. Run əlifbası nədir? Run əlifbası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hindli

  • Fevral 27, 2026

    The Verge

  • Fevral 27, 2026

    Dağıstan MSSR

  • Fevral 27, 2026

    Lampa

  • Fevral 23, 2026

    Akkra

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst