Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmi

Akkra

  • Ana Səhifə
  • Vikipediya
  • Akkra

Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir.

Şəhər
Akkra
Nkran
Gɛ
Gaga
Bayraq
Bayraq
5°33′21″ şm. e. 0°11′48″ q. u.HGYO
Ölkə
  •  Qana
Tarixi və coğrafiyası
İlk məlumat XV əsr
Sahəsi
  • 173.000.000 m²
Mərkəzin hündürlüyü 61 ± 1 m
Saat qurşağı
  • UTC±0
  • Qrinviç vaxtı
Əhalisi
Əhalisi
  • 1.782.150 nəf. (2021)
Rəsmi dili
  • ingilis dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 0302, 0302
Poçt indeksi GA
Digər
ama.gov.gh
Xəritəni göstər/gizlə
Akkra xəritədə
Akkra
Akkra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi. Akkranı ələ keçirmək uğrunda qalar, akimlər, akvapimlər və aşantilər arasında uzun müddət mübarizə getmişdir. 1850-ci ildə İngiltərənin Qızıl Sahil müstəmləkəsinə daxil edilmişdir. 1876–1957-ci illərdə Qızıl Sahildəki müstəmləkə hökumətinin iqamətgahı burada yerləşirdi.

Mədəniyyət müəssisələri

Müstəmləkə dövrü abidələrindən hollandların tikdiyi Krevkör (1605, indiki Uşer), danimarkalıların Kristians borq (1657– 59; 1900-cü ildən ingilis qubernatorunun, hazırda Qana hökumətinin iqamətgahı), ingilislərin Ceyms (1673) istehkamları Ümumdünya irsi siyahısına daxil edilmişdir.

İncəsənət və Elmlər Akademiyası (əsası 1959-cu ildə qoyulmuşdur), Universitet (1961), Açimota hərbi kolleci, Milli arxiv (1946), Mərkəzi kitabxana (1950), Milli muzey (1957), Elm və texnologiya muzeyi (1965), Milli afrikaşünaslıq kitabxanası (1961), Milli elmi-texniki kitabxana və informasiya mərkəzi (1964), Milli teatr var.

İqtisadiyyatı

Akkra iki əsas zonaya dolanbac küçəli sahil rayonlarına və dövlət müəssisələri, banklar, mağazalar və s.-nin yerləşdiyi müasir məhəllələrə ayrılır. Dəmiryol və avtomobil yolları qovşağı, həmçinin beynəlxalq aeroportu var. Qananın iri ticarət-sənaye mərkəzidir. Burada yüngül, yeyinti, kimya, metal emalı sənayesi, maşınqayırma müəssisələri, elektrik avadanlıqları (mühərriklər, tele və radioaparatları, akkumulyator batareyaları istehsalı) zavodu vardır. Avtomobil yığılır; kustar üsulla qızıl və gümüş məmulatlar istehsal edilir; İES fəaliyyət göstərir.

Vikianbarda Akkra ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akkra haqqında məlumat. Akkra nədir? Akkra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Soyuq müharibə

  • Fevral 12, 2026

    Bermud adaları

  • Fevral 14, 2026

    Zevs

  • Fevral 20, 2026

    Bayraq

  • Fevral 13, 2026

    Braziliya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst