Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.

Ankara

  • Ana Səhifə
  • Vikipediya
  • Ankara

Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.

Paytaxt
Ankara
Ankara
آنقره
39°56′09″ şm. e. 32°50′19″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Başçı Mansur Yavaş
Tarixi və coğrafiyası
Sahəsi
  • 25.632 km²
Mərkəzin hündürlüyü 938 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 5.803.482 nəf. (2023)
Rəsmi dili
  • türk dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 312
Poçt indeksi 06000–06999
Nəqliyyat kodu 06
Digər
ankara.bel.tr
Ankara xəritədə
Ankara
Ankara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Anqara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.

Digər etimologiyaya görə isə Ankara sözü iki sözün birləşməsindən An Kara əmələ gəlir. Bunun mənası isə Türk dilində Ən qara deməkdir.

Tarix

Ankarada aşkar edilmiş ən qədim tarixi əsərlər qədim daş dövrünə aiddir. Bu dövrə aid müxtəlif əsərlərə Qavurkale, Ergazi, Lodumlu ve Maltəpədə rast gəlmək olar. Bunlardan başqa, Ankaranın Polatlı rayonunda e.ə aid olan 3000-ə qədər olan yaşayış yerləri tapılmışdır.

Muzeylər

Mustafa Kamal Atatürkün əmrləri ilə memar Arif Hikmət Qoyunoğlu tərəfindən layihələşdirilən və 1927-ci ildə tikilən Ankara Dövlət Rəsm və Heykəl muzeyi.
Anıtqəbir. Bu muzeydə Mustafa Kamal Atatürkün abidə məzarı var. 1966-cı ildə Türkiyə Cümhuriyyətinin dördüncü prezidenti, Milli Birlik Komitəsinin rəhbəri Camal Gürsəl və Türkiyənin ilk baş naziri, ikinci prezident İsmət İnönü burada dəfn edilib.

Nəqliyyat

Ankara şəhərlərarası avtobus terminalı

İdman

Futbol

İlin Super Liqasında iki komandası var: "Gənclərbirliyi" və "Osmanlıspor". İlin komandalarından "Ankaragücü MKE" və "Gənclərbirliyi" 19.209 nəfərlik Ankara 19 may stadionunu, "Osmanlıspor" isə 20 min nəfərlik Osmanlı stadionunu istifadə edir. "Ankaragücü MKE", "Hacəttəpəspor", "Keçirörengücü", "Buqsaşspor" II liqada yer alır.

Basketbol

Ankara Arena

İl mərkəzi İstanbulda təşkil edilən 1959 Avropa Basketbol Çempionatından sonra 2001-ci ildə Türkiyədə təşkil edilən ikinci Avropa Basketbol Çempionatına ev sahibliyi etmişdir. Bu çempionatda Türkiyə milli basketbol komandası Yuqoslaviyadan sonra ikinci yerdə olmuşdur. İldə olan basketbol komandaları Türkiyə Basketbol Liqasında "TED Ankara kollecləri" və "Türk Telekom", Türkiyə Qadınlar Basketbol Liqasında "Çankaya Universiteti İdman Kulubu"-dur. Bu komandalardan biri olan "Türk Telekom", üç dəfə Prezident kubokunu, iki dəfə Türkiyə kubokunu qazanmışdır. 2010-cu ildə tikilən Ankara Arena Çoxməqsədli Basketbol Kompleksi 2010 Dünya Basketbol Çempionatına ev sahibliyi etmişdir.

Voleybol

2017-ci ildə keçirilən Çempionlar kubokunda kişilərdən ikinci yeri "Xalqbank" tutmuşdur. 2016–2017 mövsümündə kişilər arasında keçirilən Voley kubokunda "Xalqbank" ikinci yeri tutmuşdur. 2017–2018 mövsümündə Voley kubokunda kişilərdən çempion "Xalqbank", ikincisi isə "Maliyyə lotereyası" olmuşdur.

Digər idmanlar

Ankara Gənclər və İdman Nazirliyi hər il müxtəlif idman fəaliyyətləri təşkil edir. Yüngül və ağır atletika, gimnastika, velosiped, buz, qılıncoynatma, cüdo, taekvondo, karate, həndbol, at sürmə, güləş, üzgüçülük üçün şəhər mərkəzində müxtəlif imkanlar mövcuddur. Almadağda xizək, digər məhəllələrdə də idman zalları var. Beynəlxalq "Yaşar Doğu Güləş Çempionatı" hər il Ankarada təşkil edilir.

Qardaş şəhərləri

İzmir prospektində yerləşən və 2003-cü ildəki qardaş şəhərləri göstərən abidə.

Ankaranın 40 ədəd qardaş şəhəri var. 2003-cü ildən İzmir prospektində Ankanın qardaş şəhərləri üçün abidə var.

Afrika

  • Əddis-Əbəbə, Efiopiya Efiopiya (2004-cü ildən)
  • Qahirə, Misir Misir (2006-cı ildən)
  • Xortum, Sudan Sudan (1992-ci ildən)
  • Kinşasa, Konqo Demokratik Respublikası Konqo Demokratik Respublikası (2005-ci ildən)
  • Moqadişo, Somali Somali (2000-ci ildən)

Amerika

  • Havana, Kuba Kuba (1993-cü ildən)
  • Santyaqo, Çili Çili (2000-ci ildən)
  • Vaşinqton, ABŞ ABŞ (2011-ci ildən)

Asiya

  • Bakı, Azərbaycan Azərbaycan (2011-ci ildən)
  • Aşqabad, Türkmənistan Türkmənistan (1994-cü ildən)
  • Astana, Qazaxıstan Qazaxıstan (2001-ci ildən)
  • Pekin, Çin ÇXR (1990-cı ildən)
  • Bişkek, Qırğızıstan Qırğızıstan (1992-ci ildən)
  • Düşənbə, Tacikistan Tacikistan (2002-ci ildən)
  • Hanoy, Vyetnam Vyetnam (1998-ci ildən)
  • İslamabad, Pakistan Pakistan (1982-ci ildən)
  • Kabil, Əfqanıstan Əfqanıstan (2003-cü ildən)
  • Kuala-Lumpur, Malayziya Malayziya (1984-cü ildən)
  • Küveyt, Küveyt Küveyt (1994-cü ildən)
  • Manama, Bəhreyn Bəhreyn (2000-ci ildən)
  • Sana, Yəmən Yəmən (2006-cı ildən)
  • Seul, Cənubi Koreya Cənubi Koreya (1971-ci ildən)
  • Daşkənd, Özbəkistan Özbəkistan (2004-cü ildən)
  • Ulan-Bator, Monqolustan Monqolustan (2003-cü ildən)
  • Şam, Suriya Suriya (2004-cü ildən)

Avropa

  • Buxarest, Rumıniya Rumıniya (1998-ci ildən)
  • Budapeşt, Macarıstan Macarıstan (2015-ci ildən)
  • Kişinyov, Moldova Moldova (2001-ci ildən)
  • Dipkarpaz, Şimali Kipr Türk Respublikası Şimali Kipr Türk Respublikası (1986-cı ildən)
  • Nikosiya, Şimali Kipr Türk Respublikası Şimali Kipr Türk Respublikası (1989-cu ildən)
  • Kazan, Rusiya Rusiya (2005-ci ildən)
  • Kiyev, Ukrayna Ukrayna (1993-cü ildən)
  • Minsk, Belarus Belarusiya (2007-ci ildən)
  • Moskva, Rusiya Rusiya (1992-ci ildən)
  • Priştina, Kosovo Kosovo (2005-ci ildən)
  • Sarayevo, Bosniya və Herseqovina Bosniya və Herseqovina (1994-cü ildən)
  • Skopye, Şimali Makedoniya Şimali Makedoniya (1995-ci ildən)
  • Sofiya, Boliviya Boliviya (1992-ci ildən)
  • Tiflis, Gürcüstan Gürcüstan (1996-cı ildən)
  • Tirana, Albaniya Albaniya (1995-ci ildən)
  • Ufa, Rusiya Rusiya (1997-ci ildən bəri)
  • Zaqreb, Xorvatiya Xorvatiya (2008-ci ildən)

Həmçinin bax

  • Ankaranın Roma Yolu

Ədəbiyyat

  • Küçük Asya'nın Bin Yüzü (Türkçe). Ankara: Dost Yayınları. ISBN 975-298-173-9.
  • Ankara, Başkentin Tarihi, Arkeolojisi, Mimarisi (Türkçe). Ankara Enstitüsü Vakfı Yayınları. ISBN 975-95848-3-2.
  • Sargın, Haluk. Antik Ankara (Türkçe). ISBN 975-288-886-0.
  • Hengirmen, Mehmet. Turistik Ankara (Türkçe). ISBN 975-320-123-0.
  • Erdoğan, Abdülkerim. Tarih İçinde Ankara (Türkçe). Ankara: SFN. 2007. ISBN 9944-473-07-3. (#redundant_parameters)
  • "Ankara." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ankara haqqında məlumat. Ankara nədir? Ankara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 14, 2026

    Ştat (ABŞ)

  • Fevral 23, 2026

    Şumer

  • Fevral 21, 2026

    Daniel Noboa

  • Fevral 23, 2026

    24 sentyabr

  • Fevral 18, 2026

    Süryani dili

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst