Rəşidə Bayar (türk. Reşide Bayar; 12 yanvar 1886, Bursa, Xudavəndigar vilayəti – 24 dekabr 1962, Ankara) — Türkiyənin 3-cü prezidenti Cəlal Bayarın həyat yoldaşı.
| Rəşidə Bayar | |
|---|---|
| Reşide Bayar | |
| 22 may 1950 – 27 may 1960 | |
| Prezident | Cəlal Bayar |
| Əvvəlki | Məvhibə İnönü |
| Sonrakı | Məlahət Gürsəl |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Reşide Refet |
| Doğum tarixi | 12 yanvar 1886 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 24 dekabr 1962 (76 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri |
|
| Fəaliyyəti | siyasətçi |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
Həyatı
Rəşidə Bayar 12 yanvar 1886-cı ildə Bursada anadan olub. Atası İnegölün tanınmış və varlı şəxslərindən olan Refet Bəy olub. O, 1903-cü ildə gələcəkdə ardıcıl üç müddət prezident vəzifəsində çalışan Cəlal Bayarla evlənib. Rəşidə Bayarın Cəlal Bayar ilə evliliyindən Rəfii (1904-1940), Turqut (1911-1983) və Nilüfər (1921-2024) adlı üç övladı var idi. İlk övladı Rəfii revmatik ürək xəstəliyindən vəfat edib. Qızı Nilufər Gürsoy sonradan Türkiyənin məşhur filoloqu və siyasətçisi olub. O, 1965–1969, 1973–1980-ci illərdə parlamentdə çalışıb və Türkiyə Böyük Millət Məclisinin üzvü olub.
Rəşidə Bayarın həyat yoldaşı Cəlal Bayar 22 may 1950-ci ildə prezident seçildi. Bundan sonra Rəşidə xanım Türkiyənin birinci xanımı oldu. 1954 və 1957-ci illər seçkilərinin sonunda Cəlal Bayar yenidən prezident oldu və 27 May çevrilişinə (1960) qədər bu vəzifədə qaldı. Yalnız 27 May çevrilişindən sonra Rəşidə Bayar da titulunu itirdi.
Rəşidə Bayar 24 dekabr 1962-ci ildə İstanbuldan Ankaraya gedərkən qatarda infarkt keçirərək vəfat edib. O, Ankarada Cəbəci Əsri qəbiristanlığında dəfn edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəşidə Bayar haqqında məlumat. Rəşidə Bayar nədir? Rəşidə Bayar nə deməkdir?