Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məlahət Gürsel (türk. Melahat Gürsel; 1900, Osmanlı imperiyası – 23 fevral 1975, İzmir) — Türkiyənin 4-cü prezidenti Camal Gürsəlın həyat yoldaşı.

Məlahət Gürsəl

  • Ana Səhifə
  • Vikipediya
  • Məlahət Gürsəl

Məlahət Gürsel (türk. Melahat Gürsel; 1900, Osmanlı imperiyası – 23 fevral 1975, İzmir) — Türkiyənin 4-cü prezidenti Camal Gürsəlın həyat yoldaşı.

Məlahət Gürsəl
Melahat Gürsel
Türkiyə Respublikasının birinci xanımı
27 may 1960 – 2 fevral 1966
PrezidentCamal Gürsəl
ƏvvəlkiRəşidə Bayar
SonrakıAtıfət Sunay
Şəxsi məlumatlar
Doğum tarixi 1900(1900)
Doğum yeri
  • Osmanlı imperiyası
Vəfat tarixi 23 fevral 1975(1975-02-23) (74–75 yaşında)
Vəfat yeri
  • İzmir, İzmir ili, Türkiyə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Camal Gürsəl

Həyatı

Məlahət Gürsel 1899-cu ildə anadan olub. Atası Osmanlı imperiyası kreyseri Həmidiyənin baş mühəndisi idi. 1927-ci ildə böyük qardaşı tərəfindən tanış edildiyi ordu zabiti Camal Gürsələ evlənib. Bu evlilikdən Özdəmir adlı bir oğlu dünyaya gəlib. Cütlük həmçinin Xədicə və Türkan adlı iki qızı da övladlığa götürüb.

27 may 1960-cı ildə Türkiyə Ordusunun bəzi orta rütbəli zabitləri hərbi çevriliş edərək hökuməti devirdilər. Dörd ulduzlu general Camal Gürsəl, o vaxtkı Türk Ordusunun komandanı, inqilabçılar tərəfindən dövlət başçısı təyin edildi. O, 28 mart 1966-cı ildə xəstəliyi səbəbindən Türkiyə Böyük Millət Məclisi tərəfindən prezidentliyinə son qoyulana qədər vəzifəsində qaldı.

Məlahət Gürsel qənaətcil və qürurlu bir qadın kimi tanınırdı. Birinci xanım olduğu dövrdə də Məlahət Gürsel təvazökar evdar qadın olaraq qalırdı, prezident sarayı Çankaya köşkündə işləyən aşpazlar olsada mətbəxdə yemək bişirir və gündəlik paltarlarını tikirdi. Dövlətin xərclərinə qənaət etmək üçün ərini ölkə daxilində və ya xaricdə rəsmi səfərlərdə müşayiət etmirdi. Ona verilən hədiyyələri rəsmi olaraq dövlətə təhvil verirdi.

O, 23 fevral 1974-cü ildə saat 23:30-da İzmirin Karşıyaka səmtinin Dəniz Bostanlı məhəlləsindəki evində 75 yaşında vəfat etdi. Cənazəsi ertəsi gün İstanbula aparıldı və dini dəfn mərasimindən sonra Zəncirliquyu qəbiristanlığında dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məlahət Gürsəl haqqında məlumat. Məlahət Gürsəl nədir? Məlahət Gürsəl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sergey Klyaştornı

  • Fevral 27, 2026

    Niklot

  • Fevral 27, 2026

    Bədəl Bədəlov

  • Fevral 27, 2026

    Siyov

  • Fevral 27, 2026

    Karles Puyol

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst