Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Basklar, euskaldunak — İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində (Atlantika Prineyləri departamentinin qərbindəki Labur, Sul v

Basklar

  • Ana Səhifə
  • Vikipediya
  • Basklar

Basklar, euskaldunak — İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində (Atlantika Prineyləri departamentinin qərbindəki Labur, Sul və Aşağı Navarra rayonları) yaşayan xalq.

Mündəricat

Yaşadıqları ərazilər

İspaniyada sayları 0,6 milyondan 2,8 milyon nəfərədək, Fransada isə 75 mindən 250 min nəfərədəkdir. (XXI əsrin əvvəlləri). Həmçinin ABŞ-də (6,9 min), Meksikada (20 min), Uruqvayda (10 min), Çilidə (9 min), Kosta-Rikada (8 min), Braziliyada (5 min), Venesuelada (5 min), Filippində (8 min), Avstraliyada (9 min) və s. ölkələrdə yaşayırlar. Bask dilində danışırlar, ispan və fransız dilləri də onlar arasında yayılmışdır. Dindarları xristiandır.

Tarixi

Vaskonlar, vardullar, karistilər və b. tayfalar baskların əcdadlarıdır, iberlərlə qohumluqları mübahisəlidir. Roma dövründə romanlaşmaya məruz qalmayan basklar İspaniyada XIX əsrədək muxtariyyətlərini qoruyub saxlamış və yerli əhalinin seçdiyi Baş əyalət xuntaları tərəfindən idarə olunmuşdur. Bask torpaqlarının "senyorları" statusuna malik olan Kastiliya kralları basklara "kollektiv zadəganlıq" hüququ bağışlamışdılar, bu da bask cəmiyyətinin sosial təbəqələşməsinə mane olurdu; monarxlar tərəfindən salınmış şəhərlər baskların assimilyasiyasının əsas ocaqları olmuşdur. 1960-cı illərdən baskların mədəni və dil cəhətdən dirçəlməsi başlandı: ənənəvi mədəniyyətin tədqiqi və yayılması ilə məşğul olan cəmiyyətlər, tədrisin bask dilində aparıldığı məktəblər və s. yaradıldı.

Təsərrüfat ənənələri və həyat tərzi

Basklar XX əsrədək arxaik ənənələri qoruyub saxlamışlar, icma yardımlaşması, böyük ailələr, mayorat vərəsəlik sistemi və s. Qapalı və diskriminasiyaya məruz qalan aqotlar qrupu seçilirdi. Ənənəvi yaşayış məskənləri kilsəsi, məktəbi, topla oyun üçün meydançası və s. olan inzibati mərkəzin ətrafında pərakəndə yerləşən malikanələrdir.

Ənənəvi məşğuliyyətləri əkinçilik (əsasən qarğıdalı yetişdirirlər: onu Avropada ilk dəfə XVII əsrdə basklar becərmişlər), bağçılıq, üzümçülük və maldarlıq keçmişdə dəniz balıqçılığı, balina ovu, gəmiçilik də inkişaf etmişdi. Qısa sapın üzərində iki dişli əkinçilik aləti (layya) səciyyəvidir. Ənənəvi yeməkləri — süddə isladılmış qarğıdalı kökəsi, donuz ətindən müxtəlif yeməklər, qoyun pendiri, tərəvəzdən hazırlanmış şorbalar, içkiləri alma şərabıdır. Evləri (bask-Navarra evi, baserri) daşdan tikilir, yaxud çərçivə konstruksiyalı olur, ağardılır, iki-üç mərtəbəlidir, aşağı mərtəbədə təsərrüfat otaqları (pəyə, xırman, anbarlar), yuxarı mərtəbələrdə isə eyvanlar və şüşəbəndlər yerləşir. Dam örtüyü ikiyamaclıdır; mərtəbələr çöldən pilləkən vasitəsilə birləşir; ailənin həyatı buxarısı olan mərkəzi otaqda keçir. Kişi bereti (çapela: əvvəllər yalnız Fransa baskları arasında yayılmışdı) baskların simvolu hesab edilir. Ağac və daş üzərində oyma (XVII–XVIII əsrlərədək ucunda rozetkalı disk və s. rəmzlər şəklində olan stela formasında başdaşları qoyulurdu) inkişaf etmişdir. Ənənəvi oyunları güc yarışları (ağırlıq qaldırma və s.) odunqıranların yarışları, topla oyun (pelota) və s.-dir.

Müasir basklar güclü urbanizasiyaya məruz qalmışlar.

Şifahi ənənəvi mədəniyyət

Xristianlığa qədərki mifologiyanın elementləri kimi cadugərlərin başçısı olan ilahə və onun əri, dolmenlərin inşaatçıları mairilər və dağ ruhları maydelər, şər sehrbazları, (balıqquyruqlu, yaxud quşcaynaqlı qadınlar), laminyaklar haqqında təsəvvürlər qorunub saxlanmışdır. Nəhəng Gisaundi nağılların və karnavalın əvəzolunmaz personajıdır.

Xalq musiqisində lad və ritmik xüsusiyyətlər saxlanmışdır; sillabik ifaçılıq tipi (hecasız ifa tərzi) üstünlük təşkil edir. Səçiyyəvi janrlar: sortsiko mahnı-rəqsi və yallı tipli aurresku rəqsi (İspaniya basklarında), beşik, uşaq, əmək, sevgi nəğmələri, kantiki dini mahnıları (mərasimlərdə oxunur). İmprovizəçi müğənnilərin (berçolari) yarışmaları populyardır. Rəqs mədəniyyəti məişət, ayin, mərasim rəqslərinin müxtəlif növlərindən ibarətdir; kişi rəqsləri hərəkətlərin zənginliyivə təkmilliyi ilə fərqlənir. Ən çox yayılmış musiqi aləti çaparalta idiofonudur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Basklar haqqında məlumat. Basklar nədir? Basklar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ari

  • Fevral 27, 2026

    Fransua Olland

  • Fevral 27, 2026

    Xəritə

  • Fevral 27, 2026

    Esxatologiya

  • Fevral 27, 2026

    Bərabərlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst