Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşubican Qadınəfəndi (Bolqarıstan – 10 iyun 1870, İstanbul, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri.

Aşubican Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Aşubican Qadınəfəndi

Aşubican Qadınəfəndi (Bolqarıstan – 10 iyun 1870, İstanbul, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri.

Aşubican Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum yeri
  • Bolqarıstan
Vəfat tarixi 10 iyun 1870(1870-06-10)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Sultan Mahmud türbəsi
Həyat yoldaşı
  • II Mahmud
Uşaqları Aişə Sultan
Salehə Sultan
Şah Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mahmudun taxta çıxdığı 1808-ci ildə beşinci qadınəfəndi olaraq hərəmə alındığı məlumdur. 5 iyul 1809-cu ildə ilk övladı Aişə Sultanı, 16 iyun 1811-ci ildə Salehə Sultanı, 22 may 1812-ci ildə isə Şah Sultanı dünyaya gətirdi. Hər üç qızının doğumu səbəbilə sarayda ziyafət verilmiş, Validə Nəqşidil Sultan tərəfindən hədiyyələr almışdır. Dövrün saray şairlərindən Əndərunlu Vasif ilk qızının doğumuyla bağlı aşağıdakı şeiri yazmışdır.

Şevk'ü Şadi ü meserretle dedim tarihini
Verdi Hak Ayşe Sultanı o şah-ı emcede (H. Cəmadiyələvvəl 1224)

Ancaq qızlarından Aişə Sultan 1810-cu ilin fevralında, Şah Sultan isə 1814-cü ilin sentyabrında hələ uşaq yaşlarında vəfat etdi. Qalan illərində geridə qalan qızı Salehə Sultanın təlim-tərbiyəsi ilə məşğul olan Aşubican Qadınəfəndinin hərəmdəki rütbəsi Sultan Mahmudun özündən öncəki xanımlarının vəfatı ilə yüksəldi və 1832-ci ildə Zərnigar Qadınəfəndinin vəfatıyla ikinci qadınəfəndi oldu. 24 may 1834-cü ildə qızı Salehə Sultanı dövrün kaptan-ı dəryalarından Xəlil Rüfət Paşayla evləndirən Aşubican Qadınəfəndi mərasimin ardından qızının Fındıqlıdakı sarayını tez-tez ziyarət etdi.

Həyat yoldaşı, qızı və özünün dəfn olunduğu Sultan Mahmud türbəsi, İstanbul

2 iyul 1839-cu ildə Sultan Mahmudun vəfatının ardından onun Bəzmialəm Sultandan doğulan oğlu Əbdülməcid taxta çıxarıldı. Mərhum sultanın baş qadınəfəndisi olan Bəzmialəm Sultan isə Validə Sultan elan edildi. Bu hadisənin ardından Topqapı sarayından ayrılan Aşubican Qadınəfəndi qış aylarını Çamlıcadakı köşkdə, yay aylarını isə Beşiktaşdakı sahilsarayında keçirməyə başladı. Çox keçmədən 19 fevral 1843-cü ildə yeganə qızı Salehə Sultan gənc yaşda vəfat etdi və Aşubican Qadınəfəndi qızından geridə qalan yeganə nəvəsi Aişə Sidiqə xanım Sultanı öz himayəsinə aldı. Ögey övladları olan Sultan Əbdülməcid və Sultan Əbdüləziz tərəfindən tez-tez ziyarət edilən Aşubican Qadınəfəndi bu ziyarətlərin ardından saraya təşəkkür məktubları göndərirdi.

10 iyun 1870-ci ildə vəfat edən Aşubican Qadınəfəndinin cənazəsi Sultan Mahmud türbəsinə - mərhum həyat yoldaşı və qızının yanına dəfn olundu.

Övladları

  • Aişə Sultan (d. 5 iyul 1809 - ö. fevral 1810) — Nuruosmaniyə məscidində dəfn olunub.
  • Salehə Sultan
  • Şah Sultan (d. 22 may 1812 - ö. sentyabr 1814) — Nuruosmaniyə məscidində dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşubican Qadınəfəndi haqqında məlumat. Aşubican Qadınəfəndi nədir? Aşubican Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İranlı

  • Fevral 27, 2026

    Ranobe

  • Fevral 23, 2026

    Cəmi ət-Təvarix

  • Fevral 27, 2026

    Hamar əzələlər

  • Fevral 27, 2026

    Doqmatizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst