Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən

GSM

  • Ana Səhifə
  • Vikipediya
  • GSM

Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir.

GSM
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Telekommunikasiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir.

2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi. Bu anlayışın əhatə dairəsi zaman keçdikcə genişlənmiş, məlumat kommunikasiyalarını, ilk növbədə "Circuit Switched Data", sonra "General Packet Radio Service" (GPRS) və "Enhanced Data rates for GSM Evolution" (EDGE) vasitəsilə paket məlumatların daşınmasına aid edilməyə başlamışdır.

"3GPP" sonradan üçüncü nəsil (3G) "UMTS" standartlarını, ardınca dördüncü nəsil (4G) "LTE Advanced" və beşinci nəsil 5G standartlarını işləyib hazırlamışdı. Sonuncu "ETSI GSM" standartının bir hissəsini təşkil etmir.

2010-cu illərin sonlarından başlayaraq, bütün dünyada müxtəlif operatorlar "GSM" şəbəkələrini bağlamağa başlamışdılar. Buna baxmayaraq, şəbəkənin geniş yayılması nəticəsində "GSM" qısaltması hələ də ondan yaranan çoxsaylı "G" mobil telefon texnologiyaları üçün ümumi termin kimi istifadə olunur.

Mündəricat

Tarixi

Hücrə əsaslı mobil radio sistemi qurmaq təşəbbüsü ilk dəfə 1970-ci illərdə ABŞ-dəki Bell Laboratoriyasında göstərilmişdir. Lakin bu sistem 1980-ci illərə qədər ticari olaraq düşünülmədi. 1980-ci illərdə analoq hücrəsəl telefon sistemi Avropa daxilində xüsusiyyətlə də Skandinaviya ölkələri və İngiltərədə sürətli bir yüksəlişə keçdi. Lakin başlanğıcda hər ölkə özünə görə bir sistem inkişaf edirdi. Bu təbii olaraq bəzi problemləri özü ilə gətirdi:

  • Alət yalnız satıldığı ölkə sərhədləri içərisində etibarlı idi.
  • Hər alətin bazarı da buna bağlı olaraq məhdud idi.

Bu problemin həlli üçün 1982-ci ildə Avropa Məktub və Telekommunikasiya Konfederasiyası(Confederence of European Posta quruldu və Avropa standartlarını təyin edən Groupe Special Mobile (GSM) meydana gətirildi. Buna görə standart bir sistem bu meyarlara tabe olmalı idi:

  • Beynəlxalq etibarlılıq
  • Ucuz alət və təminatlar
  • Yüksək səs keyfiyyəti
  • Digər sistemlərlə uyğun iş (İSDN kimi)
  • Yeni xidmətlərə uyğunlaşma təmin edə biləcək xüsusiyyətdə olması.

"GSM" Azərbaycana 1994-cü ildə mobil rabitə operatoru olan Bakcellin yaranması ilə gəldi. Hazırda Azərbaycanda üç mobil rabitə operatoru var.

"GSM" rabitə sistemlərinin içərisində ən sərfəlisidir.

Həmçinin bax

  • A5

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, GSM haqqında məlumat. GSM nədir? GSM nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    MedlinePlus

  • Fevral 27, 2026

    Habbl sabiti

  • Fevral 25, 2026

    Mancuriya

  • Fevral 27, 2026

    E.ə. 359

  • Fevral 27, 2026

    Qida

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst