Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakcell — Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya və internet xidmət provayderi şirkəti.

Bakcell

  • Ana Səhifə
  • Vikipediya
  • Bakcell

Bakcell — Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya və internet xidmət provayderi şirkəti.

"Bakcell" MMC
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Telekommunikasiya
Təsis tarixi 4 mart 1994
Baş qərargahın yeri
  • Bakı
  • Azərbaycan Respublikası
Rəhbərlik
Baş icraçı direktor Klaus Mueller
bakcell.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun investorlarından biri olan Bakcell 3 milyondan çox abunəçini telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.

Azərbaycanda ən sürətli mobil internet Bakcell tərəfindən təqdim olunur. "Ookla" şirkəti tərəfindən 2018-2024-cü illərdə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.

Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir. Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir.

Mündəricat

Tarixi

"Bakcell" şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Xronologiya

  • 1994 – şirkət təsis olunub və Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlayıb.
  • 2009 – "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət proqramına start verilib.
  • 2011– Aramızda qalsın (teleserial, 2011)
  • 2013 – "Ulduzum" loyallıq proqramı təqdim olunub.
  • 2015 – Azərbaycanda ilk dəfə olaraq 4G LTE texnologiyası əsasında kommersiya xidmətləri təqdim edilib.
  • 2018 – Ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti aləti – "Mənim Bakcellim" applikasiyası təqdim olunub.
  • 2020 – Bakcell yeni "099" prefiksini istifadəyə verib.
  • 2022 – Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyasını istifadəyə verib.
  • 2022 – Bakcell Azərbaycanda ilk dəfə olaraq eSIM istifadəyə verdi.
  • 2024 - Bakcell 5G Texnologiyasını istifadəyə verdi.

Mükafatlar

  • 2010 – Uğur Mükafatı: "Ən tez inkişaf edən şirkət".
  • 2012 – "Asiyanın ən Uğurlu İşəgötürən Brendi" nominasiyasında "Asiyanın ən uğurlu işəgötürən şirkəti".
  • 2015 – Bakcell şəbəkəsi 2015-ci ilin "Ən Yaxşı Mobil Şəbəkəsi" adına layiq görülüb və "Business Time" jurnalının təsis etdiyi "Azeri Business Award" Milli Mükafatı ilə təltif olunub.
  • 2015 – AMCHAM tərəfindən 3 nominasiyada "CSR Excellence" mükafatına layiq görülüb.
  • 2017 – Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda "sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə" adına layiq görülüb ("Best in Test").
  • 2019 – "Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi" nominasiyasında "Ən uğurlu KSM layihəsi" mükafatı alıb.
  • 2021 – Bakcell Qarabağ Dirçəliş Fondunun "Qızıl" İanə sertifikatı ilə təltif edilib.
  • 2018, 2019, 2021 və 2022-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat Şirkətə "Speedtest" xidmətinə görə bütün dünyada tanınan "Ookla" şirkəti tərəfindən təqdim edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakcell haqqında məlumat. Bakcell nədir? Bakcell nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Puşkin

  • Fevral 25, 2026

    Məhsul

  • Fevral 23, 2026

    Mars

  • Fevral 27, 2026

    Louis Vuitton

  • Fevral 24, 2026

    Birinci imperiya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst