Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.
| Kənd | |
| Kosaməmməd | |
|---|---|
| |
| 40°19′28″ şm. e. 45°06′54″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Göyçə mahalı |
| Rayon | Kəvər rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.978 ± 1 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 1206 |
![]() Kosaməmməd | |
Tarixi
Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kəndin digər adı Aşağı Qanzak olmuşdur.
«İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir.
Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur.
Əhalisi
1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndi yalnız ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kosa Məmməd haqqında məlumat. Kosa Məmməd nədir? Kosa Məmməd nə deməkdir?

