Qızılyurd (tarixi adı Çiryurd) (qum. Къызылюрт (Qızılyurt), Чирюрт (Çiryurt), avar. Гъизилюрт) - Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Əhalisinin milli tərkibi əsasən qumuqlar, avarlar, laklar təşkil edir.
| Şəhər | |||
| Qızılyurd | |||
|---|---|---|---|
| Кизилюрт | |||
| |||
| |||
| 43°12′ şm. e. 46°52′ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 45 m, 115 m | ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 368124 | ||
![]() Qızılyurd | |||
Şəhər Sulaq çayının sahilində, Mahaçqala şəhərindən 53 km məsafədə yerləşir. Qızılyurd rayonunun və şəhər dairəsinin inzibati mərkəzi.
Tarixi
19 oktyabr 1831-ci ildə Qafqazın ruslar tərəfindən istilası vaxtı qumuqların yaşadığı Çiryurd kəndi ruslar tərəfindən hücuma məruz qalır. Hücumda, bu hadisələrə bir neçə şeirini həsr etmiş rus şairi Aleksandr Polejayev iştirak edir.
1886-cı ildə Dağıstan vilayətinin Aşağı Çiriyurd ərazisinə Samara quberniyasının ruslar köçürülür.
Bir neçə ildən sonra Vladikafkaz dəmir yolunun tikintisi başlanır. Sulaq çayı boyu Dağıstan və Terek vilayətlərinin sərhədində Beslan-Petrovsk (indiki Mahaçqala) xətti yolunda Çiryurd stansiyasının əsası qoyulur. Stansiyada əsasən ruslar məskunlaşdı. Beslan-Petrovsk xətti 1894-cü ildə açılır.
SSRİ dövrü
1921-ci ildə Dağıstan MSSR yaradılır. 1930-cu ildə stansiya Krasnoye selo adı ilə qəsəbə statusu alır.
Lakin qəsəbənin "Krasnoye selo" (qırmızı kənd) adı tezliklə qumuqcaya tərcümə edilərək "Qızılyurd" adını daşımağa başlayır.
1963-cü ildə Qızılyurd şəhər statusu alır.
Əhali
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılyurd haqqında məlumat. Qızılyurd nədir? Qızılyurd nə deməkdir?

