Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Subsidiya (lat. subsidium — kömək, dəstək) - dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaiti.

Subsidiya

  • Ana Səhifə
  • Vikipediya
  • Subsidiya

Subsidiya (lat. subsidium — kömək, dəstək) - dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaiti.

Subsidiyalar dövlət büdcəsindən müəyyən iqtisadi və sosial hədəflərə çatmaq məqsədi ilə verilir. Hökumətin istehsalçıları qorumaq və onları təşviq etmək məqsədiylə pul və ya maliyyə dəyərinə sahib şeylərlə qarşılıqsız olaraq etdiyi köməkdir. Yardımı alan adətən xüsusi seqment müəssisələridir. Dövlətin şəxs və ya təşkilatlara pul, mal və ya xidmət şəklində etdiyi qarşılıqsız köməkləri ifadə edir.

Dövlət, müxtəlif sosial və iqtisadi məqsədləri reallaşdırmaq üzrə subsidiya verə bilər. Məsələn geniş xalq kütlələrinin istehlak etdiyi bir malın qiymətini aşağı salaraq, aradakı fərqi büdcə gəlirlərindən qarşılaya bilər. Burada məqsəd istehlakçının qorunmasıdır.

Dövlət ixracatçıya ölkəyə qazandırdığı valyuta başına bəlli bir subsidiya ödəyə bilər.

Subsidiya, bilavasitə və ya dolayı yollarla edilə bilər. Məsələn vahid istehsal başına pul olaraq verilən subsidiyalar birinci qrupa aiddir. Dolayı subsidiyalar isə vergi və pul-kredit siyasəti vəsaitləri hesabına həyata keçirilir.

Bundan əlavə, birbaşa subsidiyalar fundamental elmi araşdırma və təcrübə işlərini maliyyələşdirmək (qrant), istehsalata yeni texnikanın cəlb edilməsi və kadr hazırlığı üçün istifadə olunur.

Dövlət və yaxud yerli büdcə hesabına istehlakçılara edilən ödənişlər, həmçinin hüquqi və fiziki şəxslər üçün xüsusi fondların ödənişləridir.

istehsаl və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr оlаrаq dövlət tərəfindən verilən və qаytаrılmаyаn cаri ödəmələrdir.

Subsidiyaların xüsusiyyətləri:

Vəsaitlərin əvəzsiz verilməsi (vəsaitlərin qaytarılması da mümkündür) məqsədli verilməsi yenidən maliyyələşdirilmə məqsədli (kapital maliyyələşdirilməsi şərti ilə)

bundan əlavə, birbaşa subsidiyalar fundamental elmi araşdırma və təcrübə işlərini maliyyələşdirmək (qrant), istehsalata yeni texnikanın cəlb edilməsi və kadr hazırlığı üçün istifadə olunur.

Subsidiyalar bir tərəfdən perspektivli sahələrin inkişafını genişləndirə, digər tərəfdən isə faydasız, lakin strateji vacib müəssisələri dəstəkləyə bilər. kənd təsərrüfatı ilə bağlı istehsalat kompensasiya ödənişləri ilə dotasiya edilir.

Dolayı subsidiyalar ilə vergi və pul-kredit siyasəti vəsaitləri hesabına həyata keçirilir. Dövlət şirkətin gəlirindən güzəştli vergi tutur, birbaşa vergilərin qaytarılmasını və gömrük rüsumlarını, dövlət zəmanəti və depozitlərin sığortalanmasını, ixrac kreditlərini təcrübədən keçirir və özəl birləşmələri güzəştli kreditlər ilə təmin edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Subsidiya haqqında məlumat. Subsidiya nədir? Subsidiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəfər Qiyasi

  • Fevral 24, 2026

    Xilafət

  • Fevral 27, 2026

    Vəftizçi İohann

  • Fevral 27, 2026

    Nikşiç

  • Fevral 27, 2026

    Meymun

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst