Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

(ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək

Kompüter oyunu

  • Ana Səhifə
  • Vikipediya
  • Kompüter oyunu

(ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar.

Mündəricat

Tarixi

İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq, proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub.

Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu. Şaquli, üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı.

Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub oldu. Beləliklə,"Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu.

1970-ci illərin ortalarında kompüterlər həddən artıq böyük və baha idi. Buna görə də kompüter oyunları maraq doğursa da, uğur gətirmirdi. Bu vəziyyətdən çıxış yolunu Alman əsilli Amerika alimi Ralf Bayer tapdı: o, kompüter oyununu yox, videooyunların yeni tipini və onları televizorun ekranına imkanı verən kiçik, ucuz qurğu ixtira etdi.1971-ci ildə o, "Magnavox Odyssey" qoşma cihazına patent aldı.

1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı.1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi.

2000-ci illərdə videooyun konsolu ilə mübarizəsində məğlub olmuş olsa belə, Sonralar, müasir dövrdə, yəni 2018-ci ildə kompüter oyun bazar dövriyyəsi 27,7 milyard dollara çatdı.

Kompüter oyunu növləri

Son illərdə sosial media və internetin inkişafı nəticəsində yeni kompüter oyun növləri:Onlayn oyun,bulud oyun,sosyal şəbəkə oyunları, çox oyunçulu oyunlar meydana gəldi. Bunlarla yanaşı, daha köhnə oyun növləri:macəra,rpg (role playing game),mmorpg (massively multiplayeronline role playing game),fps (first person shooter),tps (third person shooter),rts (real time strategy),tbs (turn based strategy),simülasiya,gizlilik və s. kimi oyun növləri mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kompüter oyunu haqqında məlumat. Kompüter oyunu nədir? Kompüter oyunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rasim Ocaqov

  • Fevral 27, 2026

    Holland

  • Fevral 27, 2026

    Linux paylanması

  • Fevral 27, 2026

    Mərsin ili

  • Fevral 27, 2026

    Alazan-Həftəran vadisi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst