Robert Şien (ing. Robert Sheehan; 7 yanvar 1988) — İrlandiya aktyoru. "Misfits" serialında canlandırdığı Nathan Young roluna görə tanınır.
| Robert Şien | |
|---|---|
| ing. Robert Sheehan | |
![]() Robert Şien 2017-ci ildə | |
| Doğum tarixi | 7 yanvar 1988 (38 yaş) |
| Fəaliyyəti | aktyor |
| Fəaliyyət illəri | 2003-cü ildən |
| IMDb | ID1588066 |
Karyerası
Robert Sheenan 1988-ci ildə İrlandiyanın Port Luis şəhərində anadan olub. 2003-cü ildən başlayaraq bir sıra seriallarda və filmlərdə çəkilməyə başlayıb. 17 yaşında Galvay-Mayo Texnologiyalar Universitetinə daxil olub lakin sonradan universiteti tərk edərək aktyorluq karyerasını davam etdirib. 2009-cu ildə Robert ən uğurlu işlərindən biri olacaq Misfits serialında Nathan Young rolunu oynamağa başlayır. 2010-cu ildə Robert Misfits serialının ikinci mövsümündə iştirak edir. 2011-ci ilin aprel ayında isə üçüncü mövsümdə iştirak etməyəcəyini bildirir.
2010-cu ildə İFTA (İrish Film and Television Awards) mükafatına "Yeni Ulduz", 2011-ci ildə "Ən yaxşı aparıcı rol", 2012-ci ildə isə "Ən yaxşı köməkçi rol" nominasiyaları üzrə namizəd olur. Bundan başqa Robert daha nüfuzlu sayılan BAFTA (British Academy of Film and Television Arts) mükafatına 2 dəfə namizəd olub və bunlardan birində qalib gəlib. Beləki, 2010-cu ildə Robert Mis Fits teleserialına görə "Ən yaxşı teleserial" nominasiyasında qalib gəlir. 2011-ci ildə isə "Ən yaxşı köməkçi rol" nominasiyasında namizəd olur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Şien haqqında məlumat. Robert Şien nədir? Robert Şien nə deməkdir?
