Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış

Şahin (komiks)

  • Ana Səhifə
  • Vikipediya
  • Şahin (komiks)

Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten Li və Cim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur.

Şahin
ing. Falcon
Nəşriyyat Marvel Comics
Yayım tarixi Captain America #117 (sentyabr 1969)
Yaradıcı(lar) Sten Li
Cin Koland
Xüsusiyyətlər
Əsl adı Samuel Tomas "Sem" Uilson
Cinsiyyəti kişi[d]
Vətəndaşlıq
  •  ABŞ
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
SHIELD
Müdafiəçilər
Qüdrətli Qisasçılar
Muzdlu qəhrəmanlar
Əsrarəngiz Qisasçılar
Partnyorları Stiv Rocers
Qırmızıqanad
Nomad
Ləqəbləri Qaraqanad, Qaraquş, Kapitan Amerika
Gücləri Möhtəşəm quş təlimçisi
Bacarıqlı döyüş ustası və gimnast
Mexaniki qanadlarla uçmaq
Ev şahini ilə empati qurmaq
Quşlar üzərində məhdud nəzarət
Quşlar kimi iti baxmaq qabiliyyəti

Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var.

Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir. Entoni Maki personajı "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində canlandırmışdır.

Mündəricat

Yaradılması

Şahinin göründüyü ilk buraxılış. "Captain America" #117.

Şahin əsas ABŞ komikslərində peyda olan ilk afroamerikalı superqəhrəman, həmçinin superqəhrəman adında "qara" sözü olmayan ilk qaradərili superqəhrəmandır. İlk dəfə "Captain America" komiksinin 117-ci sayında (sentyabr 1969) peyda olmuşdur. Marvel Comics ondan öncə uydurma Afrika ölkəsi Vakandadan olan Qara pantera personajını təqdim etmişdi. Ümumiyyətlə götürdükdə, komikslərdə ilk qaradərili personaj Dell Comics tərəfindən 1965-ci ildə təqdim olunan Lobo personajıdır.

Personaj əvvəlcə Nyu-Yorkun Harlem rayonunda Qırmızıqanad adlı şahin saxlayan adsız sakin kimi təqdim olunmuşdu (Sem Uilson adı növbəti buraxılışın 5-ci səhifəsinə qədər çəkilməmişdir). 1970-ci illər boyunca Kapitan Amerika və Şahin bir komanda olmuşdurlar və "Captain America" komiksinin #134–192 və 194–222 (fevral 1971 – iyun 1978) sayları "Captain America and the Falcon" başlığı ilə buraxılmışdır. 186-cı sayda yazıçı Stiv İngelhart personajın keçmişini yeniləmişdir.

Şahin 62–64-cü saylarda (avqust-oktyabr 1978) Müdafiəçilər komandası, 183–194-cü saylarda (may 1979 – aprel 1980) Qisasçılar komandasına qoşulmuşdur. O, həmçinin 2012-ci ildə Marvel NOW! yenilənməsi zamanı Qisasçıların üzvü idi. 16 iyul 2014-cü ildə Sem Uilsonun yeni Kapitan Amerika olacağı açıqlanmışdır. 2015-ci ilin oktyabrında Sem Uilsonun Kapitan Amerika olduğu yeni komiks seriyası başlamışdır.

Bioqrafiya

Samuel Tomson Uilson Nyu-Yorkun Harlem rayonunda tanınmış nazir Pol Uilson və Derleyn Uilsonun oğlu kimi dünyaya gəlib. Uşaqlığı şən keçir və quşlara xüsusi marağı olur. Göyərçinlərə təlim keçməyə başlayır və Harlemdə ən böyük göyərçin qəfəsinə sahib olur. Buna baxmayaraq, gəncliyində tez-tez irqçiliklə qarşılaşır. 16 yaşında kilsəyə qoşulmaqdan imtina edir və düşünür ki, dini adamlar olan valideynləri ona qarşı çıxacaqlar. Lakin valideynləri etiraz etmək əvəzinə onu dini və teoloji kitablarla təmin edirlər. Növbəti gecə məhəllədəki bir döyüşə girişən atası öldürülür. İki il sonra anası bir soyğunçu tərəfindən qətlə yetirilir. Keçmişini unutmaq üçün Sem cəmiyyət könüllüsü olmaqdan imtina edir. Los-Ancelesə gedir və qanqster üzvi və cinayətkar olur.

Rio-de-Janeyro şəhərinə uçarkən təyyarəsi Sürgün adasında qəzaya uğrayır. Bu ada İkinci dünya müharibəsində Qırmızı kəllə ilə əməkdaşlıq etmiş Sürgünlər tərəfindən idarə olunan adadır. Onlar Qırmızı kəllənin xəyanətinə məruz qalırlar və bu adada gizlənməyə məcbur olurlar. Uilson adada güclü əlaqə qurduğu Qırmızıqanad adlı şahinlə qarşılaşır.

Kapitan Amerikaya qarşı gələn Qırmızı kəllə reallığı dəyişdirə bilən Kosmik kubdan istifadə edir və nəticədə Uilson quşları kontrol etmək bacarığına malik olur. Daha sonra Uilsonun cinayətkar kimi keçmişini silir. Kapitan Amerika Uilson ilə dostlaşır və onu Şahin adı ilə döyüşməyə razı sala bilir. Stiv Rocers və Sem Uilson Sürgünləri və Qırmızı kəlləni məğlub etmək üçün birlikdə xeyli məşq edirlər. Beləliklə, Şahin Kapitan Amerikanın ən yaxın silahdaşına çevrilir, onunla birlikdə döyüşməyə başlayır, hətta Kapitan Amerikanın öldüyünə inandığında onun şəxsiyyətini götürür.

Daha sonra Şahin Qara panteradan kömək alır və Qara pantera uçması üçün ona qanadlar düzəldir.

Güclər

Peyda olduğu ilk illərdə Şahin quşu Qırmızıqanad ilə güclü zehni əlaqəsinin olduğu göstərilmişdir. "Captain America" komiksinin 174-cü sayında Professor İks tərəfindən bu əlaqənin telepatik olduğu deyilmişdir. Daha sonra məlum olmuşdur ki, bu telepatik əlaqənin səbəbkarı Kosmik kubdan istifadə edən Qırmızı kəllədir.

Şahin sadəcə Qırmızıqanad ilə deyil, digər quşlarla da əlaqə saxlaya bilir. Bunlardan əlavə, quşların yaddaşını oxuya bilir, keçmişdə nələr gördüklərini görə bilir.

Şahin həmçinin döyüş sənətləri ustasıdır. Stiv Rocers tərəfindən cüdo və karate təlimi alıb. Kapitan Amerikanın qalxanından istifadə edəcək qədər bacarıqlıdır.

Şahinin orijinal qanadları jetlə dəstəklənmiş, çıxarıla bilən, yüngül titaniumdan hazırlanmış qanadlardır. Qanadların üstündə yerləşən günəş panelləri günəş enerjisini elektrikə çevirir. Qanadlar "Captain America and the Falcon" komiksinin 2-ci sayında məhv edilmişdi (2004).

Digər mediada

Televiziya

  • Qisasçılar: Birlikdə onlar güclüdürlər
  • Superqəhrəman heyəti şousu
  • Qisasçılar: Yerin ən qüdrətli qəhrəmanları
  • Qisasçılar, birləşin
  • Mükəmməl Hörümçək-adam: Tor döyüşçüləri
  • Lego Marvel Super Heroes: Maksimum yüklənmə
  • Marvel Disk Wars: The Avengers

Film

  • Şahin Marvel Kinematoqrafiya Kainatı personajlarından biridir. Entoni Maki personajı "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018). Qırmızıqanad "Birinci qisasçı: Qarşıdurma" filmində robotik dron kimi peyda olmuşdur.

Videooyun

  • Marvel Super Hero Squad və onun sikveli Marvel Super Hero Squad: The Infinity Gauntlet
  • Marvel Super Hero Squad: Comic Combat
  • Marvel Super Hero Squad Online
  • Lego Marvel Super Heroes
  • Marvel: Avengers Alliance
  • Marvel Heroes
  • Disney Infinity: Marvel Super Heroes
  • Marvel: Future Fight
  • Playmation: Avengers
  • Marvel Avengers Academy
  • Marvel Puzzle Quest

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahin (komiks) haqqında məlumat. Şahin (komiks) nədir? Şahin (komiks) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mahmud Tağıyev

  • Fevral 27, 2026

    Kəpənəkçi

  • Fevral 27, 2026

    Mardoni

  • Fevral 27, 2026

    Qaqra

  • Fevral 27, 2026

    Hans Ersted

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst