Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muvatta (ərəb. الموطّأ‎) — Malik ibn Ənəsin səhih hədisləri cəmlədiyi ən məşhur fiqh kitabı. "Muvatta", fiqh və hədis elmi sahəsində ən erkən və ən mühüm əsərlə

Muvatta

  • Ana Səhifə
  • Vikipediya
  • Muvatta

Muvatta (ərəb. الموطّأ‎) — Malik ibn Ənəsin səhih hədisləri cəmlədiyi ən məşhur fiqh kitabı. "Muvatta", fiqh və hədis elmi sahəsində ən erkən və ən mühüm əsərlərdən biridir. Bu əsər həm fiqh qaydalarını, həm də peyğəmbər və səhabələrdən gələn rəvayətləri ehtiva edir.

Muvatta
ərəb. الموطّأ‎
Müəllif Malik ibn Ənəs
Janr hədislər toplusu[d]
Orijinalın dili ərəb dili
Ölkə Abbasilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Ərəb dilində "Muvatta", "asanlaşdırılmış", "aydınlaşdırılmış yol" mənasına gəlir. Malik əsərinə bu adı, insanlara dini məsələləri öyrənmələrində asanlıq olsun deyə vermişdir.

Əsər

Əsər 61 kitabdan ibarətdir. Bu 61 kitabda 1720 rəvayət vardır. Bu rəvayətərin 600-ü müsnəd, 222-si mürsəl, 613-ü məvkuf və 285-i məktudur. Əsərdə Malikin şəxsi fiqhi ictihadları və Mədinə əhli arasında məşhur olan tətbiqlər də var. Əsas mövzular: Namaz, oruc, zəkat, həcc, ticarət, nikah, cəza hüququ və s.

Müəllif

Əsərin müəlllifi Malik ibn Ənəsdir. O, Mədinədə dünyaya gəlmiş və orada vəfat etmişdir. Maliki məzhəbinin qurucusudur.

Əsərin əhəmiyyəti

Mədrəsələrdə əzbərlətilən ilk kitab olan "Muvatta", həm də İslam dünyasında yazılmış ilk fiqh və hədis toplusudur. Malik Mədinə əhlindən çoxlu hədis və tətbiq öyrəndiyi üçün bu əsər Mədinə təliminin güzgüsü kimi qiymətləndirilir. Bir çox alim "Muvatta"nı "səhih kitabların ən üstünü" kimi qəbul edib, xüsusilə də "Səhih Buxari" və "Səhih Müslim" dövründən əvvəl.

Nəşrlər

Əsər, müxtəlif tarixlərdə, Beyrut, ər-Riyad, Qahirə və İstanbul kimi şəhərlərdə dəfələrlə yenidən nəşr edilmişdir.

Şərhlər

Əsərə yazılmış bəzi şərhlər bunlardır:

  • əl-Muntəqa fi şərhil-Muvatta.
  • əl-Məsalik əla Muvattai-imam Malik.
  • Tənvirul-Həvalik şərhu-Muvattai-Malik.
  • Şərhul-Muvatta.
  • əl-Məsva (əl-Musəvva) şərhul-Muvatta.
  • Əvcəzul-Məsalik şərhu-Muvattai-imam Malik.
  • əl-İstizkar fi şərhi-Məzahibi-Uləmail-Əmsar mimmə Rasəməhul-imam Malik fil-Muvatta minəs-Rəy vəl-Əsar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muvatta haqqında məlumat. Muvatta nədir? Muvatta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qetura

  • Fevral 27, 2026

    Madyan

  • Fevral 27, 2026

    Ulduz müharibələri

  • Fevral 25, 2026

    Burkina-Faso

  • Fevral 27, 2026

    Jeno Landler

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst