Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, t

Ulduz müharibələri

  • Ana Səhifə
  • Vikipediya
  • Ulduz müharibələri

Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 may 2005-ci ildə tamamlanmışdır.

Loqotip

2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır. Bu nəşrlər sayəsində filmlər arasındakı boşluqda "Ulduz Wars" markasının məşhurluğu və dəyəri qorunmuşdur. 2008-ci ildə "Ulduz müharibələri: Klon Döyüşləri" adlı film üçləmələr ardıcıllığı xaricində nəşr olunmuş tək film olma xüsusiyyətiylə nümayişə girmişdir. Bu film ayrıca daha sonra eyni adla nəşr olunmağa başlamış televiziya serialına da bir başlanğıc təşkil etməkdədir. Ayrıca bu film seriyalar silsiləsində nəşr olunmuş ilk animasiya filmdir.

Kinoepopeya

Orijinal trilogiya

  • 1977 — Ulduz müharibələri: Epizod IV — Yeni ümid / Star Wars: Episode IV — A New Hope
  • 1980 — Ulduz müharibələri: Epizod V — İmperiya cavab zərbəsi vurur / Star Wars: Episode V — The Empire Strikes Back
  • 1983 — Ulduz müharibələri: Epizod VI — Cedayın qayıdışı / Star Wars: Episode VI — Return of the Jedi

Trilogiya-prikveli

  • 1999 — Ulduz müharibələri: Epizod I — Fantom təhlükəsi / Star Wars: Episode I — The Phantom Menace
  • 2002 — Ulduz müharibələri: Epizod II — Klonların hücumu / Star Wars: Episode II — Attack of the Clones
  • 2005 — Ulduz müharibələri: Epizod III — Sithin qisası / Star Wars: Episode III — Revenge of the Sith

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ulduz müharibələri haqqında məlumat. Ulduz müharibələri nədir? Ulduz müharibələri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bella Svon

  • Fevral 27, 2026

    Ceyn Eyr

  • Fevral 27, 2026

    Yasamal qəbiristanlığı

  • Fevral 27, 2026

    Paradoks

  • Fevral 11, 2026

    Dövlət

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst