Əbu Məhəmməd Süleyman ibn Mehran əl-Əsədi (ərəb. الأعمش; 681 və ya 680, Kufə, İraq, Əməvilər xilafəti – 765, Kufə, İraq, Abbasilər xilafəti) — Hədis, qiraət və fəraiz sahələrində öz məharəti ilə tanınan Tabiin nəslinə mənsub olan alim.
| Əməş | |
|---|---|
| ərəb. سليمان بن مهران الأسدي | |
| |
| Doğum tarixi | 681 və ya 680 |
| Doğum yeri | |
| Vəfat tarixi | 765 (83–85 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | hədis elmi, qiraət |
| Tanınmış yetirməsi | Vəki ibn Cərrah |
Bioqrafiyası
Ləqəbi Əməşdir. Əslən Tabasaranlıdır. Əməş, səhabələrdən Ənəs ibn Maliki görmüş və ondan elm almışdır. Eləcə də səhabələrdən İbn Əbu Əvfa, həmçinin böyük tabiin alimləri İbrahim ən-Nəxai, Əbu Vail, Əbu Əmr əş-Şeybani və başqalarına tələbəlik etmişdir. Şöbə, Süfyan ibn Üyeynə, Süfyan əs-Səvri, Vəki, Əbu Nüeym və Əbu Hənifə kimi böyük mühəddis və fəqihlər ona tələbəlik etmişdir. Onun 1300-dək hədis bildiyi (isnadı ilə bərabər nəql etdiyi) bildirilmişdir. Həmçinin təfsir, fəraiz (vərəsəlik hüqüqu) elmlərinə dair, eləcə də qiraət sahəsində geniş məlumatlara sahib olmuşdur. O, həm də epiqramlıqda və hazırcavab olmaqla tanınırdı. İbn Tolun onun bu cəhətini "əz-Zəhrül-ənəş fi nəvədiril-Əməş" adlı əsərində ifadə etmişdir. Əhməd Məhəmməd əd-Dəbib Əməşin həyatı haqqında qələmə aldığı "əl-Əməşuz-zərif Əməş" (Ciddə 1981) adlı əsərində Əməşin düz 105 epiqramına yer vermişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əməş haqqında məlumat. Əməş nədir? Əməş nə deməkdir?
