Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənəti

Güllü Mustafayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Güllü Mustafayeva

Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri.

Güllü Mustafayeva
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı
Doğum tarixi 29 noyabr 1919
Doğum yeri Çarcuy, Türkistan MSSR, RSFSR
Vəfat tarixi 18 may 1994 (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşları
  • Həsən Haqverdiyev,
  • Nəcəfqulu İsmayılov
Uşaqları
  • Əli Haqverdiyev,
  • Zemfira Qafarova,
  • Rəna İsmayılova,
  • Sevinc İsmayılova[d]
Fəaliyyəti rəssam
Janrlar portret, mənzərə, natürmort
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19731973

Mündəricat

Həyatı

Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G. Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G. Mustafayevanın anası Nabat xanım S. Ə. Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.

Yaradıcılığı

Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilir.

Məhsəti Gəncəvi (1947)

1947-ci ildə yaratdığı "Məhsəti Gəncəvi" portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Güllü Mustafayeva bu əsərdə bir neçə məsələni ustalıqla həll etmişdir. Şairənin geyimi, otağın quruluşu, interyer ənənəvi şərq mədəniyyətini düzgün əks etdirir. Məhzəti Gəncəvinin duruşu, gərgin pozası, üzünün demək olar ki, üsyankar ifadəsi şairənin öz dövrü ilə müqayisədə yüksək intellektə və cürətə malik olduğunu büruzə verir. Bu obrazın xüsusiyyətləri ilə gənc rəssam ölkəsinin yaşadığı çox burulğanlı bir periodda sözlə ifadəsi olduqca təhlükəli olan fikirləri əks etdirə bilmişdir. Güllü Mustafayevanın qızı musiqişünas Zemfira Qafarova anasının bu əsəri haqqında deyir: "Onun vizit kartı — öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti idi".

"Bizim uşaqlar" silsiləsindən, "Aygül" (1964)

Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin portretlərini yaratmışdır. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal gətirmək olar.

Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə — (məsələn, "Bizim uşaqlar" silsiləsi) təşkil edir.

1973-cü ildə "Azərbaycan SSR əməkdar rəssamı", 4 mart 1992-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" adına layiq görülmüşdür.

Güllü Mustafayevanın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.

Ailəsi

İlk evliliyi rəssam Həsən Haqverdiyev ilə olmuşdur. Bu evlilikdən doğulan uşaqları:

  1. Əli Haqverdiyev
  2. Zemfira Qafarova

İkinci evliliyi isə rəssam Nəcəfqulu İsmayılov ilə olmuşdur. Bu evlilikdən doğulan uşaqları:

  1. Rəna İsmayılova
  2. Sevinc İsmayılova

Ramiz Mustafayev və Faiq Mustafayevin bacısıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Güllü Mustafayeva haqqında məlumat. Güllü Mustafayeva nədir? Güllü Mustafayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Squamata

  • Fevral 26, 2026

    Zülfü Adıgözəlov

  • Fevral 25, 2026

    Alpout (Bərdə)

  • Fevral 25, 2026

    Xəbər

  • Fevral 27, 2026

    Bağatur xaqan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst