Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anzyus (Australia, New Zealand, United States – ANZUS) – Avstraliya İttifaqı, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu hərbi-siyasi blok. Adı üzv dövlətlərin adla

ANZYUS

  • Ana Səhifə
  • Vikipediya
  • ANZYUS

Anzyus (Australia, New Zealand, United States – ANZUS) – Avstraliya İttifaqı, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu hərbi-siyasi blok. Adı üzv dövlətlərin adlarının ingiliscə yazılışının baş hərflərindən götürülmüşdür. Rəsmən «Təhlükəsizliyə dair Sakit okean paktı» adlanır. Pakt 1951-ci ilin sentyabrında San-Fransiskoda qeyri-məhdud müddətə imzalanmış və 1952-ci ilin aprelində qüvvəyə minmişdir. Anzyusun yaradılması Cənub-Şərqi Asiyada milli azadlıq mübarizəsinin genişlənməsinə, Çində inqilabın qələbəsinə (1949), Koreyada silahlı müdaxilənin iflasına bir növ cavab tədbiri idi. Anzyusun təşkili ABŞ-nin Cənub-Şərqi Asiyada və Sakit okean hövzəsində hərbi-siyasi və iqtisadi təsirini gücləndirdi, blokun yaradılmasında mühüm rolu olan B.Britaniyanın bu rayonda mövqeyini zəiflətdi. Anzyus rəsmən beynəlxalq münasibətlərdə zor işlətməyin əleyhinə olduğunu bildirsə də, əslində həmişə bunun əksinə hərəkət etmişdir. İttifaqın iştirakçısı olan dövlətlər eyni zamanda müxtəlif hərbi-siyasi blokların üzvüdür. 1971-ci ildən ABŞ-nin ÇXR-lə əlaqə yaratması Anzyusun üzvləri arasında ziddiyyətləri kəskinləşdirdi. İctimaiyyətin təzyiqi ilə Avstraliya və Yeni Zelandiya Hind-Çindən öz qoşunlarını və «məsləhətçilərini» geri çağırdı. 80-ci illərdən Yeni Zelandiya blokdan uzaqlaşdı. Rəsmi şəkildə fəaliyyətini dayandırmayan Anzyusun faktiki olaraq ABŞ və Avstraliya arasında ikitərəfli ittifaqa çevrilmişdir.

Anzyus
İmzalanma tarixi 1 sentyabr 1951
İmzalanma yeri San-Fransisko
Qüvvəyə minməsi Aprel 1952
İmzalayanlar Avstraliya Avstraliya Astraliya İttifaqı, Yeni Zelandiya Yeni Zelandiya Yeni Zelandiya, ABŞ ABŞ
Tərəflər Con Dalles
Dili İngilis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax

Kollektiv müdafiə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ANZYUS haqqında məlumat. ANZYUS nədir? ANZYUS nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rubens

  • Fevral 27, 2026

    Seltik FK

  • Fevral 27, 2026

    Bəhlul Behcət

  • Fevral 27, 2026

    Viçuqa

  • Fevral 27, 2026

    Akvamen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst