Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

əl-Əsl (ərəb. الأصل‎) və ya əl-Məbsut (ərəb. المبسوط‎) — "Zahirur-Rəvayə"yə daxil olan altı əsərdən biri.

Əl-Əsl

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Əsl

əl-Əsl (ərəb. الأصل‎) və ya əl-Məbsut (ərəb. المبسوط‎) — "Zahirur-Rəvayə"yə daxil olan altı əsərdən biri.

Əl-Əsl
ərəb. الأصل‎
Müəllif Məhəmməd ibn Həsən əş-Şeybani
Janr fiqh
Orijinalın dili ərəb dili

Mündəricat

Müəllif

Əsərin müəllifi əsərləri ilə Hənəfi məzhəbinin sistemləşməsində böyük rol oynamış Məhəmməd ibn Həsən əş-Şeybanidir.

Əsər

Əsər Hənəfi fəqihlər tərəfindən "əl-Kitab əs-Sittə" adlandırılan "Zahirur-Rəvayə" adlı fiqhi məcmuənin altı kitabdan ilk və ən həcmlisidir. Əsərdə Əbu Hənifənin görüşləri əsas götürülmüşdür. Lakin müəllif əsərdə Əbu Yusif və özünün görüşlərinə də yer vermişdir. İxtilafın qeyd edilmədiyi yerlərdə Əbu Hənifə ilə iki tələbəsinin eyni fikirdə olduğu anlaşılır. Bəzi yerlərdə İbn Əbu Leylanın da fərqi fikirlərinə yer verilmişdir. Əsərdə ümumi olaraq fiqhi təlillərə yer verilməmişdir. Əsər müəllifin bir çox tələbəsi tərəfindən rəvayət edilmişdir. Bu rəvayətlərin ən mühümü Əbu Süleyman əl-Cövzcaniyə məxsusdur. "əl-Əsl"in daxil olduğu əsərlər toplusu Hakimi-Şəhid tərəfindən "əl-Kafi" adı ilə xülasə edilmişdir. "əl-Kafi" də, daha sonra, Səraxsi tərəfindən şərh edilmişdir. "əl-Məbsut" adlanan bu əsər otuz cild halında nəşr olunmuşdur. Səraxsi, "əl-Məbsut"un bir hissəsini həbsdə olanda öz tələbələrinə yazdırmışdır. Hənəfi məzhəbində "əl-Məbsut" adlı başqa əsərlərdə mövcuddur və bu məbsutlar öz müəlliflərinin adları ilə xatırlanırlar. Bunlar Məhəmməd ibn Həsən əş-Şeybanin "əl-Məbsut" (əl-Əsl) adlı əsərinin şərhləridir. Səraxsinin "əl-Məbsut" Hənəfi fiqhinin ən mötəbər kitablarından biri olub, əsərdə məsələlərin söykəndiyi dəlillər qeyd edilmişdir. Əsər Əbdürrəhim ibn Əbu İsam əl-Belxi tərəfindən də ixtisar edilmişdir.

Əsərin müxtəlif kitabxanalarda nüsxələri mövcuddur. Əsərin bəzi hissələri ilk dəfə Şəfiq Şəhətə ilə Əbül-Vəfa əl-Əfqani tərəfindən nəşr olunmuşdur (I cild, Qahirə 1954; I–IV, Kəraçi, tarixsiz; Beyrut 1990). Əsərin bütövlükdə ilk nəşri "İdarətül-Quran vəl-ülumil-İslamiyyə" tərəfindən 5 halında reallaşdırılmışdır. Əsərin ən uğurlu nəşrini Məhəmməd Boynuqalın həyata keçirmişdir. (I–XII, Beyrut 2012).

Həmçinin bax

  • Sünni kitablarının siyahısı
  • Hənəfilik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Əsl haqqında məlumat. Əl-Əsl nədir? Əl-Əsl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saqaylar

  • Fevral 10, 2026

    Urmiyə gölü

  • Fevral 27, 2026

    Qazan xanlığı

  • Fevral 27, 2026

    Saratov vilayəti

  • Fevral 27, 2026

    Gəray Gəraybəyli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst