Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyoru

Tyrone Power

  • Ana Səhifə
  • Vikipediya
  • Tyrone Power

Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir. Süleyman və Şeva filminin İspaniyadakı çəkilişləri zamanı ölmüşdür. Vaxtını film çəkilişlərindən başqa teatra həsr edən Power, Saint Joan (Müqəddəs Joan) (1936; Yeniyetmə Jeanne) Roberts (1950), The Devil's Disciple (Şeytanın şagirdi) (1950), John Brown's Body (Con Braunun cəsədi) (1952), The Dark Is Light Enough (Qaranlıq kifayət qədər işıqlıdır) və Back to Methuselah (Methuselaha qayıdış) kimi tamaşalarda uğurlu olmuşdur. Üç dəfə evlənən Power, Linda Christian ilə olan evliliyindən iki övladı oldu. Qızlarından biri olan Romina Power bir müddət aktyor kimi fəaliyyət göstərdikdən sonra müğənni kimi məşhurlaşdı.

Tayron Pover
ing. Tyrone Power
Doğum adı Tyrone Edmund Power
Doğum tarixi 5 may 1914(1914-05-05)[…]
Doğum yeri
  • Sinsinnati, Ohayo, ABŞ
Vəfat tarixi 15 noyabr 1958(1958-11-15)[…] (44 yaşında)
Vəfat yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d]
Uşaqları
  • Romina Pauer
Fəaliyyəti aktyor, zabit, polo oyunçusu, kino aktyoru
Fəaliyyət illəri 1932–1958
IMDb ID0000061
tyrone-power.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmoqrafiya

  • Lloyd's of London (Londondan Lloydlar) (1936)
  • Thin Ice (İncə buz) (1937)
  • Second Honeymoon (İkinci bal ayı) (1937)
  • Café Metropole (Metropole kafesi) (1937)
  • In Old Chicago (Köhnə Çikaqoda) (1938)
  • Alexander's Ragtime Band (Aleksandrın caz qrupu) (1938)
  • Jesse James (Sevimli quldur) (1939)
  • The Rains Came (1939; Hind yuxusu/Yağışlar gəlincə)
  • Johnny Apollo (1940)
  • Brigham Young (1940)
  • A Yank in the RAF (1941; Qəhrəmanlar filosu)
  • Blood and Sand (1941; Qanlı Meydan)
  • The Razor's Edge (1946; Şeytanın qurbanları)
  • Nightmare Alley (1947; Kabus xiyabanı)
  • Prince of Foxes (1949; Tülkülər şahzadəsi; Nəhənglərin döyüşü)
  • The Black Rose (1950; Göy bayraq; Qara qızılgül,)
  • The Eddy Duchin Story (1956; Yarımçıq həyat; Eddy Duchin hekayəsi)
  • The Sun Also Rises (1957; Günəş də çıxır)
  • Witness for the Prosecution (1957; Gözlənilməz şahid)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tyrone Power haqqında məlumat. Tyrone Power nədir? Tyrone Power nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Şuniçiro Okano

  • Fevral 27, 2026

    Xalxal şəhristanı

  • Fevral 27, 2026

    Karl Qulbrandsen

  • Fevral 27, 2026

    Kodansha

  • Fevral 27, 2026

    Hermetizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst