əl-Məbsut (ərəb. المبسوط) — Hənəfi fiqhi ilə bağlı qələmə alınmış əsər.
| Əl-Məbsut | |
|---|---|
| ərəb. المبسوط | |
| |
| Müəllif | Səraxsi |
| Janr | fiqh |
| Orijinalın dili | ərəbcə |
Müəllif
Əsərin müəllifi hənəfi hüquqçusu olan Şəmsül-əimmə əs-Səraxsidir.
Əsər
Hicri IV (X) əsrin Mavəraünnehir Hənəfi məktəbinin ən mühüm fəqihlərindən biri olan Hakimi-Şəhid, Məhəmməd əş-Şeybaninin əsas əsərlərinin öyrənilməsini asanlaşdırmaq məqsədilə "əl-Kafi" adlı mətni qələmə almışdır (Hakimi-Şəhid, əl-Kafi, Süleymaniyyə kitabxanası, Şəhid Əli Paşa, № 912. vr. 1b). Bundan 150 il sonra Səraxsi, "əl-Müxtəsərül-kafi" olaraq da adlandırılan bu kitaba əsaslanaraq, Hənəfi ədəbiyyatının ən mühüm əsərlərindən biri olan "əl-Məbsut"u ərsəyə gətirmişdir. Səxarsi, əsərin müqəddiməsində Hakimi-Şəhidin bu işini təriflədikdən sonra bu əsərin şərh olduğunu qeyd etmişdir. Səraxsi əsərdə (öz dövründə) fiqhə olan marağın azaldığını dilə gətirmiş və bunun səbəblərini sadalamışdır. Əsərin mühüm bir hissəsi diktə yolu ilə həbsxanada yazıldığından, müəllifin həbsdəki əzablı və keşmə-keşli həyatı əsərdə öz əksini tapmışdır. Əsər ən geci hicri 479-cu ildə (1087) tamamlanmış olub, zahirür-rəvayə və zahirür-rəvayə olmayan digər mətinlərdən ibarətdir. Əsərdə həmçinin əş-Şeybaninin "əl-Kafi"sində yer verilməmiş "Kitabür-Rəda" və "Kitabül-Kəsb"ə yer verilmişdir. Əsəri qələmə alarkən Səraxsi, öz deyimi ilə — vəciz və asan bir üslubdan istifadə etmiş, mövzunun möhtəviyyatını açıqlayan bir yol izləmişdir.
Nəşr
Əsər ilk dəfə olaraq Qahirədə (30 cild və on mücəlləd) nəşr edilmişdir (h.q. 1324–1331). Bu nəşr Beyrut və İstanbulda dəfələrdə ofset yolu ilə çoxaldılmışdır.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Məbsut haqqında məlumat. Əl-Məbsut nədir? Əl-Məbsut nə deməkdir?
