Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam

Makroiqtisadi siyasət

  • Ana Səhifə
  • Vikipediya
  • Makroiqtisadi siyasət

Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir.

Mündəricat

Pul-kredit (monetar) siyasəti

Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bannkların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.

Monetar siyasət likvidlik tələsində effetsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda, Mərkəzi bank ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır.

Büdcə-vergi (fiskal) siyasəti

Fiskal siyasət hökumətin dövlət büdcəsinin gəlir və xərclərindən istifadə edərək iqtisadiyyata təsir etməsidir. Bu zaman istifadə edilən iqtisadi alətlərə xərclər, vergilər, borc misal ola bilər. Məsələn, istehsal potensial səviyyəsindən aşağı olduğu zaman dövlət xərcləri boş dayanmış resursların istifadəsinə yönəldilir. Dövlət xərcləri istehsaldakı bütün boşluğu doldurmamalıdır. Çünki multiplikativ effekt hesabına dövlət xərcləri iqtisadiyyata xərcləndiyindən daha çox təsir göstərir. Belə ki, əgər dövlət yol və körpü tikintisinə vəsait ayırırsa, bu istehsalı yalnız körpünün dəyəri qədər artırmır, həm də tikintidə çalışan işçilər öz istehlaklarını (və ya investisiyalarını) çoxaldır və istehsaldakı boşluğu doldurur.

Fiskal siyasət sıxışdırıb çıxarma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.

Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fizkal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətklərin ümumi həcmi artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar.

Müqayisə

İqtisadçılar adətən monetar siyasəti fiskal siyasətdən üstün tuturlar. Burada əsas iki səbəb var:

  • Monetar siyasət müstəqil mərkəzi banklar tərəfindən həyata keçirilməsi;
  • Mərkəzi Banklar iqtisadiyyatda baş verən dəyişikliklərə fiskal siyasətə nisbətən daha çevik reaksiya verməsi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Makroiqtisadi siyasət haqqında məlumat. Makroiqtisadi siyasət nədir? Makroiqtisadi siyasət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Sultan toyuğu

  • Fevral 25, 2026

    Çarlz Daues

  • Fevral 27, 2026

    Yusif Balasaqunlu

  • Fevral 28, 2026

    Famaqusta

  • Fevral 27, 2026

    İmam Kəsani

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst